Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2019
11:44
1510
Qaraçuxur və Yeni Günəşli sakinlərinə ŞAD XƏBƏR var - FOTO

Bakı şəhərinin, həmçinin şəhərətrafı qəsəbələrin daşıyıcı və paylayıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətdə işlərin icrası davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyindən FaktXəbər-ə verilən məlumata görə, son zamanlar respublikada aparılan quruculuq işləri bütün yaşayış məntəqələrində olduğu kimi Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində də davam etməkdədir. Qəsəbədə yaradılan şərait nəticəsində yeni çoxmərtəbəli binaların və fərdi yaşayış evlərinin sayı durmadan artmaqda davam edir ki, bu da istehlakçıları təbii qazla təmin edən qaz kəmərlərinə normadan artıq qaz verilməsi zərurəti yaradır.

Abonentlərin artan tələbatını nəzərə alaraq “Azəriqaz” tərəfindən qəsəbənin qaz təchizatı sisteminin təkmilləşdirilməsi üçün layihə tərtib edilib və həmin layihəyə uyğun olaraq, Qaraçuxur qəsəbəsində “Qaraçuxur” qazpaylayıcı stansiyasından başlayaraq 400 mm-lik polietilen boru ilə yeraltı daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılıb. Uzunluğu 1400 metr olacaq qaz kəməri Etibar Bəkirov, Yusif Eyvazov, Cəlal Qurbanov və Əhməd Mehbalıyev küçələrindən keçərək 1941-45 adlanan parkın sonunda mövcud şəbəkəyə birləşdiriləcək.

Qeyd edək ki, bu kəmər həmin ərazidə istismarda olan və korroziyaya uğramış metal boru ilə çəkilmiş yeraltı qaz kəmərini əvəz edəcək. Hazırda həmin kəmərin 350 metrlik hissəsində işlər başa çatdırılıb, qalan hissənin çəkilməsi üçün isə torpağın qazılması və daşınması davam etdirilir.

“Azəriqaz” bildirir ki, yeni qaz kəmərinin çəkilişi ilə əlaqədar qeyd olunan ərazinin qaz təchizatında heç bir məhdudiyyət yoxdur. Aparılan işlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Görülən işlər nəticəsində Qaraçuxur və Yeni Günəşli qəsəbələrində ümumilikdə 15 000-ə yaxın abonentin fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunmasına zəmin yaradacaq.

Məqalədə : Qaraçuxur Yeni Günəşli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
192

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
145

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
91

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
82

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
282

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
206

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
157

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
122
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 18:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru