Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2019
12:47
Mehman Hüseynov: `Mən mübarizəni davam etdirirəm`

Martın 2-də azadlığa buraxılmış bloqqer Mehman Hüseynov bu ilin yanvar ayında Prezident İlham Əliyevə müraciət etdiyini təsdiqləyib.

O, bu gün keçirdiyi mətbuat konfransında dövlət başçısına ünvanladığı müraciəti şəxsən özünün imzaladığını söyləyib.

Mehman Hüseynov bildirib ki, həbsxanada olduğu müddətdə mübarizəsini davam etdirib: "Bu mübarizə mənə ağır başa gəlib. İlk növbədə bu müddətdə mən anamı itirdim. Ailəm dağılıb. Bilirsiniz ki, atam bir yanadır, qardaşlarımın biri xaricdədir, biri də Naxçıvanda hərbidə. İtkilərə baxmayaraq, Azərbaycan xalqına göstərdim ki, mən mübarizəni davam etdirirəm. İlk öncə azadlıqda olmağımın səbəbkarlarına təşəkkür edirəm. Bu, ilk növbədə Azərbaycan xalqıdır. Xalq mən aclıq edən, mübarizə aparan zaman yanımda olublar. Bundam əlavə, Avropa parlamentinin deputatları, Amerika senatları beynəlxalq ve yerli qurumlar aclıq keçirən zaman mənə dəstək oldular.

Mənimlə birlikdə digər dostlarımız da aclıq aksiyası keçirirdilər ki, onlara da təşəkkür edirəm. Əlbəttə ki, buradan siyasi partiyalara, Milli şuraya təşəkkür edirəm ki, mitinq təşkil ediblər. Həmin mitinqdə siyasətdən kənar adamlar da var idi ki, bu da çox gözəl haldır. Ən böyük təşəkkür Azərbaycan xalqına və bir qrup jurnalistlərədir ki, çətin durumda doğru olanları işıqlandırıblar. 2 il müddətində həbsxanada nələr olduğu haqqında danışmaq istəmirəm. Əsas məsələ odur ki, bu iki il müddətində mən anamı itirmişəm.

Düşünürəm ki, anamın ölümü məndən və xaricdəki qardaşımdan alınan qisasdır. Düşünürdüm ki, anamı itirdikdən sonra mən çökəcəm.

Lakin gözləntilərim olmadı. Gördüm ki, çox güclüyəm və həbsxanada mübarizəmi davam etdim. Həbsdən çıxan zaman jurnalistlər məni burada üç-dörd saat gözləyiblər.

Əlbəttə ki, bunu dəyərləndirməliyəm. Ancaq jurnalistlər də başa düşməlidirlər ki, mən iki il ərzində əziyyət çəkirdim. Azad mətbuata çıxışım yox idi, telefon çətinliyim vardı. Bunlar çox vacib kriteriyalardır. Bilmirdim ki, çöldə nə baş verir. Ona görə də azadlığa çıxan zaman jurnalistlərə bildirdim ki, icazə verin ki, iki gün məlumatları araşdırım. Başa düşməli idim ki, indiki durum nə yerdədir. Bu iki gün ərzində araşdırma edib, mitinqdə baş verənlər,bütün yaşananlar haqqında məlumat topladım.

Mənim üçün mübarizə aparanlara təşəkkür edirəm. Bütün jurnalistləri hadisə maraqlandırır. Yəni guya mən ədliyyə işçisinə qarşı xuliqanlıq etmişəm. Heç bir ağlı başında olan insan həbsinin başa çatmasına iki ay qalmış təxribata uymazdı.

Hadisə ilə bağlı bildirim ki, belə bir hadisə ümumiyyətlə, baş verməyib. Bu, bir yuxu kimi idi. Əslində nələrsə gözləyirdim. Ancaq bu qədər iyrənc şəkildə təxribat gözləmirdim. Heç olmasa hadisəni süni şəkildə yaradıb təşkil etsəydilər, başa düşərdim ki, hansısa təxribata uymuşam. Əvvəllər də siyasi məhbuslara qarşı cəzanın sonuna yaxınlaşanda təxribatlar olub.

Düşünürəm ki, təxribatla üzləşən insanlar bəlkə vaxtında düzgün addım atmayıblar deyə, mənim də başıma belə işlər gəlib. Cinayət işinin açılması ilə bağlı xəbər aldığımda bildirdim ki, cəzama iki ay qalıb və 2 mart tarixi mənim üçün çox önəmli olacaq. Ya mən bu yolda öləcəm ki, sabah digərlərinə qarşı belə addım olmasın. Ya da azadlığa çıxacam. Onlar mənim nə qədər ciddi olduğumu bildilər. Aclıq aksiyası keçirib, sudan belə imtina etmişdim.

Bunları həbsdən qorxduğum üçün etmirdim. Həbsdən qorxan insan mənim kimi fəaliyyət göstərməzdi. Bu hadisə mənim üçün prinsipial məsələ idi. Mən ölümlə-dirim arasında qalmışdım. Aclıq aksiyası zamanı huşumu da itirdim. Mübarizənin sonunda saxta cinayət işinə xitam verildi. İki ay ərzində baş verənlərin hamısını demək istəmirəm. Çünki elə şeylər var ki, ictimaiyyət üçün əhəmiyyətsizdir".

Daha sonra Mehman Hüseynovun çıxışı ingilis dilinə tərcümə olunub.

Qeyd edək ki, bloqqer Mehman Hüseynov martın 2-də azadlığa buraxılıb.

Məqalədə : Mehman Hüseynov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20672

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19267

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20637

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20203

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25736

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20186

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20356
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 11:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru