Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2019
11:45
1500
Ekspert problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı sualları cavablandırıb (3)

Problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə hələ də bir çox suallar var. İqtisadçı Vüqar Bayramov prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələn və bu məsələ ətrafında ən çox verilən sualları cavablandırmağa davam edir. FaktXeber.com-un verdiyi məlumata görə, o, özünün Facebook səhifəsində daha bir sıra mühüm məqamları qeyd edib.

Bir şəxs bir neçə bankdan kredit götürübsə

o zaman kompensasiya məbləği necə hesablanacaq? 

Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşlarımızın keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Bu zaman devalvasiya baş verən zaman əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollardan, digərindən 6 min dollar kredit götürüb və bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək.

Lizinq müqavilələri üzrə kompensasiyanın

ödənilməsi nəzərdə tutulubmu?

Sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. 

Dollar krediti üzrə öhdəliyi kredit götürən deyil,

zamin ödəyibsə o zaman kompensasiya kimə ödəniləcək?

Qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əmək haqqısından tutulub. Bu zaman fərdi qaydada zamin müraciət edib məsələyə baxılmasına nail ola biləcək.

Kompensasiya məbləğini elektron

hesablamaq mümkündürmü?

Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Bu keçidə daxil olmaqla kompensasiya məbləğlərinizi hesabaya bilərsiniz: https://pk.fimsa.az/az/calculator Elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək.

Ləğv olunmuş banklarda olan kreditlər üzrə

kompensasiyaları necə almaq mümkün olacaq?

Fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlarımız da kompensasiyadan yararlanacaqlar və bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi sizinlə də əlaqə saxlanılacaq.

Buna da baxın: Kreditlərlə bağlı kompensasiya almaq üçün nə etməli?

Buna da baxın: Ekspert problemli kreditlərlə bağlı bütün suallara aydınlıq gətirdi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
353

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
440

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
491

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
966

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
580

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
560
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru