Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2019
19:46
İki nazirliyə yeni vəzifələr həvalə edilib

Vergilər və Maliyyə nazirliklərinə yeni vəzifələr həvalə edilib.

FaktXəbər-in məlumatına görə, Prezident İlham Əliyevin 1 mart 2019-cu il tarixli fərmanı ilə Vergilər və Maliyyə nazirliklərinin Əsasnamələrinə müvafiq dəyişikliklər edilib.

Hər iki nazirlik “Mühasibat uçotu haqqında” qanun ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirəcəcək. Eyni zamanda Vergilər Nazirliyi  “Mühasibat uçotu haqqında” qanun ilə müəyyən edilmiş qaydada kommersiya təşkilatlarının siyahısını Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyinin vəzifələri sırasına peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin etmək, peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirmək daxil edilib. Nazirlik həmçinin kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyinin indiyə qədər vəzifələrindən biri təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq mühasibat uçotunu tənzimləyən Milli Mühasibat Uçotu Standartlarını, onların tətbiqi üzrə Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq olub. Bundan sonra isə nazirlik Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil etməli, bu tərcümələrin həmin standartların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin etməli və uçot qaydalarını təsdiqləməlidir. Maliyyə Nazirliyi indiyə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı təsərrüfat subyektlərinə metodiki köməklik göstərməli və qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirləri həyata keçirməli idisə, bundan sonra nazirliyin vəzifəsi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil etmək və digər zəruri tədbirləri həyata keçirmək olacaq.

Məqalədə : Prezident İlham Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14627

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13267

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14665

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14269

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19650

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14139

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14257
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 04:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru