Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2019
15:24
2177
Populyar brauzer vasitəsilə istifadəçi məlumatları oğurlanıb

“Google Chrome” brauzerinin mühafizəsində mövcud olan boşluq cinayətkarlara istifadəçi məlumatlarını oğurlamağa imkan verib. “Sıfır günü” (Zero Day) boşluğu “EdgeSpot” təşkilatının əməkdaşları tərəfindən aşkarlanıb.

Problem PDF faylları ilə işin xüsusiyyətləri ilə əlaqədardır. Məlum olub ki, bu formatlı sənədlər kənar istifadəçilərə qurbanın qurğusu haqqında məlumatlar ötürür. Bunun üçün onları brauzerdə açmaq kifayət edir.

Məlumata görə, mütəxəssislər tərəfindən bu səhvdən istifadə edən iki hücum qeydə alınıb. Hücumlarda cinayətkarlar lokal baxış boşluğundan istifadə edən iki PDF fayldan yararlanıblar. Sonuncu kampaniya cinayətkarlar tərəfindən 2018-ci ilin payızında işə salınıb.

Bildirilir ki, bu fayllarda təhlükəli virus olmayıb. Tədqiqatçılar əmindir ki, hakerlər bununla gələcək aktiv hücumlar üçün yeni aləti sınaqdan keçirməyə çalışıblar.  

“Google” şirkətinin mütəxəssisləri boşluğun apreldə aradan qaldırılacağını bildiriblər. Kibertəhlükəsizlik sahəsində mütəxəssislər isə istifadəçilərə hələlik “Google Chrome” brauzerində fayllar açmamağı, brauzerin yenilənmiş versiyasını gözləməyi tövsiyə edirlər.

Məqalədə : Google Chrome 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3453

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1645

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2810

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1100
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 02:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru