Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2019
14:15
640
Hikmət Hacıyevdən Paşinyana CAVAB

Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri N.Paşinyanın danışıqlar prosesinin formatı ilə bağlı açıqlamasını şərh edib.

H.Hacıyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz.

"Danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır. Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir".

H.Hacıyev söyləyib ki, Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyil.

"Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür".

Xatırladaq ki, Nikol Paşinyan fevralın 27-də Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini anons edib.

Paşinyan əlavə edib ki, bu görüşdə “gündəm olmayacaq”.

O, Dağlıq Qarabağın danışıqlarda iştirakı barədə mövqeyini növbəti dəfə təkrarlayıb. Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılmasıdır”.

Paşinyan  təkrarlayıb ki, o Ermənistanın baş naziridir və Dağlıq Qarabağın adından danışmır. Çünki Dağlıq Qarabağın öz hakimiyyəti var.

Məqalədə : Hikmət Hacıyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
8

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
56

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
58

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
148

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
192

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
173

Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

18

Sentyabr
12:39
HÜQUQ,HADİSƏ
204
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 15:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru