Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

28 Fevral

2019
13:08
2815
Yerdə çox güclü maqnit qasırğası başlayıb: Təsirləri və qorunma yolları

Bu gün Yer kürəsində güclü geomaqnit qasırğası  başlayıb. FaktXeber.com-un məlumatına görə, təbiət hadisəsi martın 2-dək davam edəcək. Qasırğa yuxusuzluq, baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər. Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqların baş verməsi gözlənilir.

Maqnit qasırğası nədir?

Yerin ətrafında görünməz örtük  - maqnitosfera var. O bizim planeti  Günəşin radiasiyasından qoruyur. Kosmosdan ona  Günəş küləyinin (Günəşdən saniyədə 400 km sürətlə hərəkət edən ionlaşmış  zərrəciklər) axını vurur. Adətən  Günəş küləyinin və Yerin  maqnit qabığının  təzyiqinin  gücü bərabər olur.

Lakin Günəşdə partlayışlar baş verəndə, Günəş külləyinin sürəti artır, təzyiqin balansı dəyişir, maqnitosfera elə bil ki, Yerin üzərində sıxılır  və onda cərəyanların böyüklüyü dəyişməyə başlayır. Təzyiqin bu «laxlamasını» alimlər maqnit qasırğası adlandırırlar.

İrsanlara təsiri

Bu təbiət hadisəsinin  insanlara və heyvanlara təsiri barədə alimlər yekdil fikirdə deyillər. Elm adamlarından bəziləri hətta hesab edir ki, maqnit qasırğaları sağlamlığa müsbət təsir göstərir, çünki mürəkkəb şəraitə uyğunlaşmağa kömək edir.

Digərləri hesab edir ki, maqnit qasırğası və ürək tutmaları, yaxud başağrısı arasında əlaqə yoxdur. Məsələ burasındadır ki, hələ də bu mövzuda geniş araşdırma aparılmayıb.

Həkimlərin məsləhəti

Alimlərin bu məsələdə fikir ayrılığına baxmayaraq, həkimlər xüsusən təzyiqi olan insanlara maqnit qasırğası olan günlərdə özlərini qorumağa və bəzi qaydalara riayət etməyə çağırıb.

Həkimlərin müşahidələrinə görə, hipertoniklərin qan təzyiqi qalxır, hipotoniklərdə isə əksinə düşür. Onlar bu xoşagəlməzliyin qarşısını almaq üçün hipertoniklərə çoxlu su içməyi və duzdan istifadəni azaltmağı tövsiyə edirlər: Çünki duz orqanizmdə mayeni saxlayır və təzyiqin artmasına səbəb olur. Hipotoniklərə isə eleuterokokk və çin cır limonu (limonnik) məcunundan istifadə məsləhət görülür.

Həmçinin: 

Nikotin qəbulunu dayandırılmalıdır

Xüsusən ürək xəstələri əllərinin altında «fövqəladə vəziyyət» üçün dərman saxlamalıdırlar

Səhər çarpayıdan qəfil durmamalıdırlar (xüsusən hipotoniklər)

Trombların yaranmasının qarşısını almaq üçün aspirin qəbul edilməlidir (həkim məsləhəti vacibdir, xüsusən  mədə yarası və qastritdə aspirin əks göstərişdir)

Yuxusuzluq, nevrozluq, yüksək həyəcan halında – evkalipt, valerian, melissa, damotu məcunundan və aloye şirəsindən istifadə etmək olar.

Qasırğa dövründə ağır yeməklərdən çəkinməli, bacardıqca balıq, tərəvəz yeməkləri və sıyıq yeməli

Təbii antioksidantların qəbulu artırılmalıdır (məsələn kofeni yaşıl çayla əvəzləyin).

Otlarla, yağlarla vanna,  yaxud kontrast duş qəbul etmək olar

Meteohəssas insanlar həmçinin belə günlərdə  yaxşı yatmalı, fiziki və əqli yüklənmədən qorunmalıdırlar, idmandan, mağazalarda uzunu-uzadı gəzməkdən və yaxud bağ-bostan işlərindən çəkinməlidirlər.

Məqalədə : maqnit qasırğası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
60

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
85

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
971

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1332
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 00:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru