Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

28 Fevral

2019
10:17
459
`Əfv olunan siyasi məhbusların sayı 30-dan çox olmalıdır`

Novruz bayramı yaxınlaşdıqca əfv sərəncamı ilə bağlı müzakirələr də artır. Məhbus ailələri bayram ərəfəsində veriləcək sərəncamı gözləyir, onun üzərində düşünür. Budəfəki əfvin indiyə qədər bütün əfvlərdən ciddi şəkildə fərqlənəcəyi ehtimal edilir.

Əfv Komissiyasının iclaslarının intensivləşməsi, hüquq müdafiəçilərinin  dövlət məmurları ilə ard-arda keçirdikləri görüşlər əfv ümidlərini artıran faktorlardandır.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əfvin daha geniş spektri əhatə edəcəyinə ümidlidir: “Hakimiyyətdə ikili yanaşmanın olduğunu da sezirik. Bir qrup siyasi məhbus probleminin həllini çox istəyir, amma digər qrup bunu istəmir. Siyasi məhbusların sayı çoxaldıqca ölkəmizdə hüquq müdafiəçilərinin sayı da sürətlə artır. Peşəkar oldular olmadılar, siyasi məhbus siyahıları hazırlayırlar. Bu da beynəlxalq təşkilatlara seçimlərdə, dəqiqləşdirmədə çətinliklər yaradır. Bunu əsasım olduğu üçün deyirəm. Görüşlərdə, müzakirələrdə bunun dəfələrlə şahidi olmuşam. Bu il başlayandan hökumət tərəfindən ən müxtəlif addımlar atılır, fərqli islahatlar aparılır. Atılan bu addımlara da fərqli baxışlar var. Görülən işlər çərçivəsində ola bilər ki, çoxsaylı siyasi məhbuslar azad olunsun. Hətta bildiyimə görə ömürlük məhbuslardan üç nəfər OMON-çunun da adı Əfv Komissiyasına təqdim olunub. Onların da azadlığa çıxma şansları var. Ortada siyasi məhbuslarla bağlı 2-3 siyahı dolaşır. Hazırda daha çox siyasi məhbusun məsələsi müzakirə olunur. Müraciətlərə baxılmalar intensiv hal alıb. Deyilir ki, 30-a yaxın siyasi məhbus azad olunacaq. Nəzərə almaq lazımdır ki, bu məhbusların yarısı bir qrup tərəfindən siyasi məhbus kimi tanınsa da, digər tərəfdən qəbul edilmirlər. Hökumət də, ümumiyyətlə, ölkədə siyasi məhbusların olmadığını deyir. Elə vəziyyət yaranıb ki, bəzən özün-özünə tərəddüd edirsən ki, filankəs siyasi məhbusdur, ya yox. Bir məsələni də deyim ki, ola bilər əfvdə çoxsaylı siyasilər azad olunsunlar və bəziləri desin ki, mitinq keçirdik, siyahılar hazırladıq, bunun nəticəsində onlar azad oldular. Yəni mübahisəli bir nəticə də yaşana bilər. O da baş verə bilər ki, əfvlə az siyasi məhbus azadlığa çıxsın.

Xaricdə dövlətimizin imicinə dəyən zərbələri, qonşu ölkələrlə münasibətlərdəki mövcud vəziyyəti nəzərə alaraq, düşünürəm ki, 30-a yaxın deyil, ondan daha çox siyasi məhbus adlanan şəxsi azad etmək olar. Hesab edirəm ki, bu dəfə azad olunan siyasi məhbusların sayı çox olacaq. Artıq hökumət qərarlaşdırıb ki, ildə bir dəfə əfv sərəncamı verilsin. Düşünürəm ki, martın 19-dək çoxsaylı insanlar sevinəcək. Hər bir buraxılacaq məhbusa görə sevinmək lazımdır. O qədər insan var ki, günahsız yerə həbsdə yatır. Neçə nəfər azad olunacaqsa, Allah onların yolunu açıq etsin. Bu dəfə azad olunanların sayının daha çox olacağını düşünürəm. Mətbuatda adı gedən məhbuslardan azad olunanların da çox olacağını düşünmək olar. Onu da deyim ki, ölkədə tək siyasi məhbus problemi yoxdur. Sosial-iqtisadi problemlər də az deyil. Bir çox insanlar nədənsə daha çox siyasi məhbus problemini qabardırlar. Düzdür, bir siyasi məhbusun belə olması insan haqlarının pozulması kimi qiymətləndirilir. Bu iddiaları yox etmək üçün məsələni birdəfəlik çözmək lazımdır və ümid edirəm ki, çözüləcək”. ("Yeni Müsavat")

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
60

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
85

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
970

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1324
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 23:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru