Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2019
10:49
Azərbaycanda mənzillərin qiymətini internetdən öyrənmək olacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yaradılan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” adlı xidmət ilə evlərin təqribi bazar qiyməti barədə məlumat əldə etmək mümkündür.

Bu barədə Faktxeber.com komitədən bildirilib.

Məlumata görə, sadə və rahat formada istifadə imkanı vətəndaşların əlavə ünvanlara müraciət etmədən onlayn formada xidmətdən yararlanmasına şərait yaradır.

Mənzil qiymətləri ilə maraqlanan şəxslər ƏMDK-nın Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 9-cu elektron xidmət olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. İstifadəçi xidmət pəncərəsində əmlakın yerləşdiyi region, qəsəbə və küçə adlarını qeyd etməlidir. Xidmət vasitəsilə mənzillərin fərqli vaxt aralığındakı bazar qiymətlərini də öyrənmək mümkündür. Müvafiq tarixlərin bölməyə daxil edilməsi ilə vətəndaş seçdiyi ərazi üzrə mənzillərin satış qiymətlərini ona lazım olan vaxt intervalına uyğun öyrənə bilər. Xidmətdən istifadə nəticəsində vətəndaş seçdiyi ünvandakı mənzillərin tikilmə illəri, satış tarixləri və müqavilə qiymətləri ilə bağlı məlumat əldə edir. Eyni zamanda müvafiq ünvan üzrə əldə olunan nəticələrdə evlərin sahəsi və otaq sayları barədə məlumat da mövcuddur.

Elektron xidmət alıcıların və ev sahiblərinin işini sadələşdirir. Belə ki, seçimlərə uyğun ərazidəki evlərin təqribi qiymətlərini öyrənmək üçün əlavə vaxt itirməyə ehtiyac qalmır. Mənzillərin bazar dəyərlərinin əvvəlcədən öyrənilməsi alqı-satqı zamanı vətəndaşın yanlış məlumatlandırılmasının eləcə də, yarana biləcək digər problemlərin qarşısını alır. Bu barədə məlumatlı vətəndaş şəxsi büdcəsini öncədən planlaşdırır, maliyyə resursuna uyğun mənzili rahatlıqla seçə bilir.

Bundan başqa, ƏMDK tərəfindən fiziki və hüquqi şəxslərə bütün növ daşınmaz əmlakların qiymətləndirilməsi xidmətləri də göstərilir. Bu sahədə işlər nüfuzlu beynəlxalq qiymətləndirmə təlimlərində iştirak etmiş və beynəlxalq sertifikatlara sahib peşəkar mütəxəssislər tərəfindən aparılır.

Qiymətləndirmə xidmətləri milli və beynəlxalq standartların tələbinə uyğun formada aparılır.

Xidmət göstərilməsində informasiya bazası Bazar Məlumatları Bankıdır. Bu baza bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlaklar barədə məlumatları özündə əks etdirir. Qiymətləndirmə xidmətlərindən istifadə etmək üçün Əmlak Xidmətləri Məkanına və ya ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etmək kifayətdir.

Məqalədə : Mənzillərin qiyməti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52857

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51092

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52508

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52195

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57647

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51856

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 04:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru