Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2019
12:48
2110
İranın Qarabağla bağlı yardımlarını heç vaxt unutmarıq - Azərbaycan səfiri

“Biz heç vaxt iranlı bacı qardaşların Qarabağ döyüşləri zamanında verdiyi dəstək və yardımlarını unutmarıq. Bu gün Azərbaycanın hərbi gücü Qafqazda birincidir. Bu məsələdə də iranlı qardaşların mənəvi və ixtisaslar baxımından dəstəklərinin şahidi olmuşuq.”

Bunu Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov deyib.

Tehranda Xocalı soyqırımı ilə bağlı keçirilən fotosərgiyə baş çəkən Azərbaycan səfiri iki ölkənin əlaqələrindən danışıb və bu sərginin Azərbaycan - İran dövətləri və xalqları üçün qiymətli olduğunu və islami birlik sahəsində böyük addım olduğunu hesab edib.

Tehranda Xocalı soyqırımı ilə bağlı keçirilən fotosərgini alqışlayan səfir deyib:

“Bu sərgi Azərbaycan dövləti və xalqı üçün çox dəyərlidir. Mən həmin Qarabağ döyüşlərinin həm şahidi olmuşam həm də zərər çəkəni. Bu sərgi mənim üçün çox təqdirəlayiqdir. Mən öz təşəkkürümü sizə bildiririəm.”

Səfir öz vəzifəsi dövründə İranla-Azərbaycanın artmaqda olan əlaqələrinə toxunub və burada İran Ordusunun komandanı Məhəmməd-Hüseyn Baqirinin Azərbaycana səfərindən, İranın Azərbaycana verdiyi mənəvi dəstəkdən söz açıb. O bildirib bu mübarək hadisələr onun səfir olduğu dövrdə baş verib.(SalamNews)

Məqalədə : İran Qarabağ Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
39

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru