Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2019
09:23
485
Səhər saatlarından Bakı metrosunda basabas yaranıb

Bu gün səhər saatlarından başlayaraq, “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında qatarların hərəkətində ləngimə müşahidə edilir. Hətta “Xalqlar Dostluğu” stansiyasından “İçərişəhər” istiqamətinə gedən qatar saat 08:10 radələrində 10 dəqiqəyədək platformada dayanıb. Həmin ərəfədə isə sərnişinlərin sayı durmadan artıb və platformada izdiham yaşanıb. Eyni hal digər stansiyalarda da müşahidə edilib, insanlar vaqonlara minməkdə çətinlik çəkib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib:

“Nəzərinizə çatdırım ki, qatarların hər hansında texniki nasazlıq olmayıb. Sadəcə bu gün sərnişinlərin sayı həddindən çoxdur”.

B.Məmmədov bildirib ki, buna səbəb hərəkət istiqaməti dəyişdirilən avtobuslarla  bağlıdır.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyasında dəyişiklik edib.

Məqalədə : metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
154

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1767

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
315

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1227

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
384
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 20:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru