Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2019
14:08
512
“Quş qripi” ilə bağlı monitorinq başlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı keçirilən monitorinqi davam etdirir.

DBX-dən FaktXəbər-ə verilən məlumata görə, milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda “quş qripi” xəstəliyinə görə aparılması nəzərdə tutulan növbəti monitorinqə bu gün, yəni fevralın 25-dən başlanılıb. Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir.

Tədbir fevralın 25-dən martın 1-dək köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də nümunə götürülən təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə rast gəlinməyib.

Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Məqalədə : Quş qripi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
34

Azərbaycan əhalisinin sayı açıqlanıb

16

Sentyabr
11:45
ÖLKƏ
157

Bilik günündən FOTOREPORTAJ

16

Sentyabr
11:36
ELM / TƏHSİL
161

Yəmən Səud rejimini şoka salıb

16

Sentyabr
11:24
DÜNYA
83

Yatmaq üçün ən təhlükəli forma açıqlanıb

16

Sentyabr
10:29
AİLƏ, SAĞLAMLIQ
177

Bu rayonlarda qaz təchizatı dayandırılıb

16

Sentyabr
10:17
ÖLKƏ
138

01

Yanvar
206
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 12:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru