Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2019
12:49
Növbəti iki günün hava proqnozu açıqlanıb

Azərbaycanda fevralın 26-sı və 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağışın səhər kəsiləcəyi gözlənilir.

Onun sözlərinə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək: “Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-13° isti olacaq. Fevralın 27-də paytaxtda hava şəraitinin dəyişkən buludlu, əsasən gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 7-9° arasında dəyişəcək”.

O qeyd edib ki, Azərbaycanın rayonlarında isə fevralın 26-sı və 27-də hava şəraiti əsasən yağmursuz keçəcək: “Lakin axşamdan 27-nə kimi bəzi cənub və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 10-15° isti, dağlıq ərazilərdə isə 4-8° isti təşkil edəcək”.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68284

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65677

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67524

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66836

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72346

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66599

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66918
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 05:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru