Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2019
10:42
Dünya mobil internet trafikinin həcmi 1 zettabayta çatacaq

"Cisco" şirkəti 2022-ci ilədək dünya mobil internet trafikinin illik həcminin 1 zettabayta (270 bayt) çataraq qlobal IP trafikinin təxminən 20 faizini təşkil edəcəyini proqnozlaşdırır. Bu, 930 eksabayta bərabərdir və 2012-ci ildə generasiya edilən bütün trafikdən 113 dəfə çoxdur.

Bununla yanaşı, 5 il ərzində dünyada mobil qurğu istifadəçilərinin sayının 5,5 milyard təşkil edəcəyi gözlənilir. 2017-ci ildə bu göstərici 5 milyard olub.

Bildirilir ki, smartfonlardan istifadənin çoxalması ilə yanaşı, şirkət "Əşyalar interneti" (IoT) qurğularının populyarlığının davamlı yüksələcəyini və mobil şəbəkələrdə məlumatların ötürülmə sürətinin 3 dəfə artacağını proqnozlaşdırır.  

"Cisco" şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək internetə qoşulan "Əşyalar interneti" qurğularının sayı 12 milyardı ötəcək ki, bu da 2017-ci ilin nəticəsindən 3 milyard çoxdur.

Bundan əlavə, 2022-ci ildə "5G" şəbəkəsinin tətbiqi sayəsində qlobal mobil şəbəkənin orta sürəti 2017-ci ildəki 8,7 Mbit/saniyədən 28,5 Mbit/saniyəyədək yüksələcək.

"5G" şəbəkəsinin populyarlığına baxmayaraq "Wi-Fi" yaxın gələcəkdə əksər insanlar üçün əsas internetə qoşulma üsulu olaraq qalacaq. Şirkətin qiymətləndirməsinə görə, 5 il sonra "Wi-Fi" şəbəkəsinin bütün mobil internet trafikində payı 59 faiz təşkil edəcək. 2017-ci ildə bu göstərici 54 faizə bərabər olub.

Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə görə, 2018-ci ilin sonunda dünyada internet istifadəçilərinin sayı 3,9 milyard və ya planet əhalisinin 51,2 faizini təşkil edib.(ictnews)

Məqalədə : mobil internet 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43971

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42251

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43912

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43359

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48898

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43276

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43696
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-10-2020 19:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru