Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2019
11:49
281
DİQQƏT - Bu avtbuslarda pulsuz Wi-Fi açıldı

“Xaliq Faiqoğlu” MMC istismarında olan daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti aktivləşdirilib. Bu barədə FaktXəbər-ə şirkətdən məlumat daxil olub.

Məlumata görə, bu gündən etibarən 85 saylı marşrut xətti üzrə avtobuslarda da sərnişinlər şirkətimizin təqdim etdiyi yeni xidmətdən faydalana bilərlər.

Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. 

Nəzərinizə çatdırmaq istəyirik ki, bir neçə gün əvvəl şirkətimizin istismarında olan 18 saylı marşrut xəttində də pulsuz internet xidməti aktivləşdirilib. Beləliklə pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb. Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də tezliklə Wi-Fi cihazları quraşdırılacaq.

Şirkətimizə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər istismarımızda olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

Pulsuz internetdən istifadə imkanından yararlanmaq istəyənlər aşağıdakı videoda göstərilən formada qeydiyyatdan keçə bilərlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : avtobus Wi-Fi xidməti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 19:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com