Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
19:20
İranda biri qadın olmaqla 8 terrorçu həbs edilib

İranın təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyat zamanı biri qadın olmaqla 8 terrorçu həbs edilib.

FaktXəbər-in "Mehr"ə istinadən məlumatına görə, əməliyyat fevralın 13-də Sistan-Bəlucistan vilayətində törədilən terror aktı ilə əlaqədar olaraq keçirilib.

İranın Sistan-Bəlucistan vilayətinin ədliyyə idarəsinin rəisi İbrahim Həmidi bu gün mətbuata verdiyi açıqlamada bildirib ki, hərbçiləri daşıyan avtobusla toqquşaraq partlayışa səbəb olan avtomobilin sahibi müəyyənləşdirilib. Bu avtomobil Zahidanda yaşayan bir qadına məxsus olub. Qadının evində aparılan axtarış zamanı həmin avtomobilin sənədləri və ehtiyat hissələri aşkarlanıb. Qadın dindirilib və terror aktında iştirakını etiraf edib. Qadının verdiyi ifadəyə əsasən daha 7 nəfər həbs edilib.

Hazırda istintaq tədbirləri davam edir.

Xatırladaq ki, fevralın 13-də Sista-Bəlucistan vilayətində İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgər və zabitlərini aparan avtobusa qarşı terror aktı törədilib. Dünyasını dəyişənlərin 27 nəfəri İslam İnqilabının Keşikçiləri Korpusunun əsgər və zabiti idi.

Məqalədə : İran terror 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5286

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4323

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5911

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5959

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7655

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5686
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-07-2020 14:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru