Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

21 Fevral

2019
11:56
921
Bakıda istismara qəbul edilməyən 400-dək bina var

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılıb. Bunun nəticəsində həmin binaların rəsmiləşdirilməsi mümkün olmayıb. Fərman həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır.

Sənəd 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi üçün qaydaları müəyyənləşdirir.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun dediyinə görə, çoxmərtəbəli binaların istismara qəbul olunmaması uzun illərdir ciddi problemlər yaradıb: “Bu baxımdan, fərman daha tez verilsəydi, yaxşı olardı. Amma onun əhəmiyyəti böyükdür: həm sosial, həm də iqtisadi baxımdan. Sosial baxımdan bu məsələ illərdir insanlara problem yaradırdı. Yüzlərlə insan əmlak hüququnun tanınması üçün məhkəmələrə, hüquq-mühafizə orqanlarına müraciət edirdi. Axır ki, bu məsələ siyasi qərarla öz həllini tapdı. Fərmanla tikintisi başa çatdırılmış binaların istismara qəbulu şərtləri minimuma endirilir. Yeganə olaraq Fövqəladə Hallar Nazirliyi binaların təhlükəsizlik tələblərinə cavab verib-vermədiyinə dair rəy verməlidir. Təhlükəsizlik tələbləri isə bunlardır: binaların konstruktiv dayanıqlığı, yanğından mühafizə tədbirlərinin təmin olunması və nəhayət, üçüncüsü, qaz qurğularının normal vəziyyətdə işləməsi. Bu 3 tələbə cavab verəcək binaların hamısına istismara qəbul aktı veriləcək”.

Ekspertin sözlərinə görə, yeni qayda ciddi bir sosial gərginlik mənbəyini aradan qaldırır: “İnsanların qeydiyyata düşməsi, yaşadıqları yerdən maksimum istifadə edə bilməsi - bunlar vacib şərtlərdir. Bu fərmanın iqtisadi tərəfləri də var. Belə ki, yaşadıqları mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd alacaq insanlar onu girov qoyaraq kredit götürə biləcəklər. Eyni zamanda mülkiyyət hüququnu təsdiq edən sənəd alınan mənzillərə görə əmlak vergisi ödənəcək”.

N.İbrahimov bildirir ki, Bakı şəhərində tikintisi başa çatan, amma istismara qəbul edilməyən binaların sayı 300-400 arasında dəyişir: “Biz bir dəfə saymışdıq, 300 bina çıxmışdı. Dövlət qurumları isə 400-ə qədər belə bina olduğunu deyirlər. Bu günə qədər olan binaların məsələsi həll olunsa, bundan sonra tikiləcək binalarda şəhərsalma qayda və normalarına əməl olunmasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ciddi nəzarət edəcək yəqin ki”.

Binaların indiyədək istismara qəbul  edilməməsinin səbəblərinə gəlincə, mərkəz rəhbəri burada həm şirkətlərin, həm də dövlət qurumlarının rolunun olduğunu qeyd etdi: “Prosedur çox mürəkkəb idi. İstismara icazə aktını almaq üçün şirkətlər çox qapılar döyməli, çox sənədlər əldə etməliydilər. Digər tərəfdən, şirkətlərin də çatışmazları var. Bir çoxları layihədən kənarlaşıblar, bəziləri icazə almadan tikintiyə başlayıblar, digərləri başqa təyinatlı torpaqda inşa ediblər, bir qrupu tikintini layihəyə uyğun tam başa çatdırmayıb, 2 lift əvəzinə birini qoyub, yaxud da ventilyasiya qurğularını düzgün quraşdırmayıb, yanğın təhlükəsizliyi tələblərinə əməl etməyib və sair. Bu problemlər olduğu təqdirdə binaların istismara verilməsi mümkün olmurdu. İndi isə prezident bütün bu problemləri kənara qoyaraq yalnız təhlükəsizlik məsələsini önə çəkib. Təhlükəsizlik tələblərinə cavab verən bütün binalar istismara qəbul ediləcək”.("Yeni Müsavat")

Məqalədə : Bina mənzil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
59

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
83

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
968

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1322
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 23:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru