Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
11:30
Çində etimadı itirən vətəndaşların `Qara siyahı`sı uzanıb

Çində 7 minə yaxın insan "Qara siyahı"ya  salınaraq qatar və təyyarələrdən istifadədən məhrum ediliblər. FaktXeber.com-un məlumatına görə, ölkənin  İctimai Etimad Dövlət İnformasiya Mərkəzi bu barədə xəbər yayıb.

Bundan başqa, qurum əksinə təqdirə layiq insanların adlarını dərc edib. Mərkəz sakinləri sosial davranış, qanuna riayət etmə, hətta kommunal xərcləri, vergiləri vaxtında ödəmə kimi individual reytinqə əsasən qiymətləndirib.

ÇXR Dövlət Şurası tərəfindən sosial etimad barədə ilk belə sistem 5 il əvvəl elan olunub və artıq 2020-ci ilə kimi bütün yerlərdə tətbiq olunacaq.

Ötən il qiymətləndirmə əsasında 4 milyondan artıq insan dəmiryolu xəttindən istifadə edə bilməyib, 11 milyon nəfərə isə təyyarə bileti satımaqdan imtina edilib.

Siyahıda sərnişinlər tərəfindən edilən pozuntular arasında qadağan edilmiş əşyaların, həmçinin saxta sənədlərin və digər şəxslərin sənədlərinin daşınması, dava, təyyarədə qeydiyyat və minmə-enmə zamanı asayişin pozulması, təhlükəli malların daşınması, qaçaqmalçılıq, ekipajın işinə müdaxilə, əmlaka ziyan, oğurluq, qadağan edilmiş elektron cihazların istifadəsi və sair daxildir.

Bundan başqa maliyyə sahəsində saxtakarlıq edənlər də cəzalandırılacaq.

Hüquq pozuntuları haqqında məlumat aylıq olaraq ölkədəki müxtəlif səviyyələrdə məhkəmələrin, hüquq-mühafizə orqanlarının, ölkənin aviasiya və dəmiryol administrasiyalarının əməkdaşlığı vasitəsilə xüsusi məlumat bazasında qeyd olunur.

Cinayətin ağırlığına uyğun olaraq, vətəndaşlar müəyyən bir müddət üçün qatarlar və təyyarələr üçün bilet ala bilmirlər, ondan sonra adları avtomatik olaraq bazadan çıxarılır.

Məqalədə : qara siyahı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43094

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41418

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42982

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42487

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48023

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42479

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42853
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 09:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru