Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2019
16:44
1114
Bakıda ağacların budanmasına rəsmi MÜNASİBƏT

Bakının bir neçə istiqamətində, eləcə də ölkənin digər ərazilərində ağacların qol-budağının kəsilməsinə, budanmasına rast gəlinir. Bu isə "budanma vaxtında və düzgün aparılırmı?" sualını yaradır. Bu mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi Rəhim İbrahimov sualları cavablandırıb:

- Payız-qış mövsümündə ağacların budanması nə dərəcədə düzgündür?

- Bəli, hazırda budanmanın aparılması düzgündür. Ağaclarda vegetasiya dövrü başa çatdıqdan (yarpaqlar saralıb töküləndən) sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən isə, xəstə, quru, qurumaqda olan və həşaratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir.

- Budanma necə aparılmalıdır, ağac növünə görə fərq qoyulmalıdırmı?

- Bəli, fərq olmalıdır. Meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən, quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks təqdirdə, tam kəsilməyən hissə yağışdan çürüyərək həşəratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır.

- Havaların isti keçməsi budanmaya təsir göstərirmi?

- Ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz. Ancaq sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir. (report.az)

Məqalədə : Ağac budaması 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
90

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1787

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
538

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1636

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1764

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2008

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1305

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
821
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 05:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru