Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2019
10:17
214
Afrigatenews: Liviya hələ də özünün yeni şəfəqini görə bilməyib

Liviyada Müəmmar Qəzzafi rejiminin devrilməsindən 8 il keçməsinə baxmayaraq, ölkə hələ də yeni şəfəq görməyib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Afrigatenews nəşrində analiz dərc olunub.

«Qiyamçılar  Qəzzafini dövlət  və fəaliyyət göstərən institutlar yaratmadığı üçün qınayırdılar, lakin onların özləri Liviya dövlətçiliyinin bütün elementlərini  məhv edib», - deyə nəşr vurğulayıb.

Məqalədə bildirilir ki, sosial rifahın təminatı ilə məşğul olan  sənaye nazirlikləri artıq mövcud deyil, onların ancaq adları  qalıb, meydan və yollarda zibil yığını isə  səlahiyyətli şəxslərin cəmiyyətə laqeyidlinin göstəricisidir. Bu, səhiyyə sektorunda boşalmış müəssisələrin fonunda epidemiyalara səbəb olur. Təhsil sektoruna gəldikdə isə binalar pis vəziyyətdədir, dərs  planları hazırlanarkən  tarixi faktlar saxtalaşdırılır. Bundan başqa dərsliklər gec hazırlanır və onlar heç kimə lazım deyil. Dövlət başçısı ilə ictimaiyyət arasında münasibətləri tənzimləyən konstitusiya, yaxud sözdə ictimai razılıq, hələ də işıq üzü görməyib. DİN vətəndaşların maraqları üçün (hansı ki, bu qiyam məhz onlar üçün keçirilmişdi) ən sadə işləri görə bilmir.

Nəşrdə deyilir ki, ölkənin məhv, xalqının sürgün və ölkə sərvətinin talan olunduğu, həmçinin vaxtilə dövlətçiliyi qoruyan  silahlı qüvvələrinin hazırkı uğursuzluqlarının xatirə günü qiyamçılar arzuolunmaz subyektə çevrilib, çünki xalq onların fəaliyyətinin artıq cinayət olduğunu anlayıb.

«Onlar bəyan edirlər ki, 17 fevral qiyamının  hədəfinə çatılıb və bunun üçün bütün vasitələrdən istifadə edəcəklər. Onların sözlərinə görə, inqilab davam edir. Bu isə şübhəsiz labüd sonluğu dəyişməyə cəhd etməyə, ölümqabağı rəqsə bənzəyən acınacaqlı və ağılsız hərəkətdir», - deyə məqalə müəllifi sözlərini yekunlaşdırır.

Məqalədə : Qəzzafi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
653

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
147

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
101

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
88
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 04:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru