Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2019
14:19
936
DYP gecə qayda pozan sürücülərə qarşı reyd keçirib

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib. 

DİN-in mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, tədbir zamanı sərxoş, yol polisinə tabe olmayan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülərə rast gəlinib: "Son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, daş parçaları və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsinə nail olurlar. Tədbir zamanı bu üsulla, yəni avtomobilin yük yerinə daş parçaları yığaraq nəqliyyat vasitəsinin görünüşünü dəyişən sürücülər də aşkar edilib. Nəsimi rayonunda saxlanılan “Vaz 2107” markalı avtomobilin yük yeri yoxlanılan zaman oradan iri daş parçaları aşkar olunub".

Profilaktik tədbir zamanı daha bir sürücü avtomobili sürətlə, digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradaraq idarə etdiyi üçün Yasamal rayonu ərazisində saxlanılıb. “Kia” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarının pozduğu üçün onun barəsində inzibati protokol tərtib edilib.

Tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişiklik edən sürücülər də müəyyən edildi. Həmin sürücülər inzibati qaydada cərimə edilib və nəqliyyat vasitələri cərimə dayanacağına yerləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

Məqalədə : DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
36

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
273

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
123

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
59

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
118

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
50
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 20:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru