Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2019
12:37
306
Umayra Tağıyevadan sulu qar anonsu

Sabah Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək. 

Bunu Faktxeber.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, fevralın 18-dən 19-na keçən gecə Mərkəzi Rusiyadan hərəkət edən siklon və onunla bağlı olan soyuq atmosfer cəbhəsinin respublikanın əsasən şimal və şərq rayonlarından keçməsi nəticəsində hava şəraitinin yagıntılı olacağı, sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Departament rəhbəri qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağışla başlayan bu proses fevralın 19-da gün ərzində sulu qarla müşaiyyət olunacağı ehtimal olunur: "Fevralın 19-da gün ərzində temperaturun müsbət 2-3 dərəcə olacaq. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək".

U.Tağıyeva əlavə edib ki, proses qısamüddətlidir və fevralın 20-də səhər yağıntılar tədricən kəsiləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Umayra Tağıyeva 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-03-2019 16:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com