Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2019
10:26
279
İsrail Qəzzanı top atəşinə tutub

İsrail rejiminin ordu qüvvələri Qəzzanı top atəşinə tutub. Şahidlərin bildirdiyinə görə, ilk atışlar Qəzzanın şimalındakı Beyt Hanun ərazisinə, ikincisi isə Cəbaliyə ərazisinin şərqindəki İzzəddin əl-Qəssam Briqadalarına aid iki nəzarət qülləsinə edilib.

FaktXəbər bildirir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi hücum nəticəsində ölü və ya yaralı bardə məlumat verməyib.

İsrail ordusu yazılı açıqlamasında bildirib ki, Qəzzadakı "Böyük qayıdış yürüşü" zamanı bir əsgər yaralandığı üçün bombardmanı həyata keçiriblər.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada isə bildirilir ki, yürüşə qatılan 12 vətəndaş işğalçı qüvvələrin açdığı atəş nəticəsində yaralanıb.

Atılan güllə aksiya iştirakçılarından birinin başına dəyib, vəziyyəti ağırdır.

Xatırladaq ki, fələstinlilər 30 mart 2018-ci ildən bu yana mühasirə altındakı Qəzza zolağında "Böyük qayıdışı yürüşü" adı altında aksiyalar keçirir. İsrail ordusu isə sürgün edildikləri torpaqlara yenidən qayıtmaq istəyən, blokadanın qaldırılmasını tələb edən fələstinlilərin dinc aksiyasına odlu silahlardan açdıqları atəşlə cavab verirlər.

İsrail əsgərlərinin 30 martdan bəri davam edən bu aksiyalara müdaxiləsi zamanı 230-dan yuxarı fələstinli şəhid olub.

Məqalədə : Qəzza Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
653

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
147

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
101

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 04:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru