Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2019
14:41
330
Ermənilər azərbaycanlılar və çeçenlər arasında `nifrət və nifaq toxumlarını əkməyə` çağırır

Ermənilər sosial şəbəkələrdə Moskvada azərbaycanlılar və ermənilər arasında baş vermiş insidenti gərginləşdirməyə səsləyirlər.

Erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini "maksimum dərəcədə" bu vəziyyətdən faydalanmağa çağırırlar.

Arman Abovyan adlı istifadəçi yazıb: "Deməli, uşaqlar, sizin əlbəttə ki, bizim üçün xoş hadisədən xəbəriniz var, mən Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş qarışıqlıqdan danışıram. Bununla əlaqədar qarşımızda hansı vəzifələr var? İlk öncə, münaqişənin sosial şəbəkələrdə daha da alovlnması üçün əlimizdən gələni edirik, ancaq bunun üçün erməni adlarından istifadə etmirik ki, bizi vəziyyətin gərginləşdirilməsində heç kəs ittiham edə bilməsin. Qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazın. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq. Yeni qarşıdurma bizim üçün uğur olacaq, ancaq istənilən halda bizim ən əsas vəzifəmiz nifrət və nifaq toxumlarını əkməkdir".

Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında azərbaycanlılar və çeçenlər arasında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : erməni fitnəsi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 14:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com