Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2019
15:26
282
Nigeriyada prezident seçkisi təxirə salınıb

Nigeriyada prezident seçkisinin başlamasına bir neçə saat qalmış səsvermə fevralın 23-dək təxirə salınıb.

Faktxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Nigeriya Müstəqil və Milli Seçki Komissiyasının sədri Mahmud Yakubu bildirib.

O, açıqlamasında bildirib ki, fevralın 16-da Nigeriyada keçirilməsi planlaşdırılan Prezident seçkisi “loqistika və əməliyyat” problemləri səbəbindən fevralın 23-dək təxirə salınıb. Mahmud Yakubu martın 2-də keçiriləcək əyalət valiləri və məclis üzvləri seçkilərinin martın 9-dək təxirə salındığını qeyd edib.

“Bu, komissiya üçün çox çətin bir qərardır, ancaq seçkilərin uğurlu bir şəkildə keçirilməsi və demokratiyanın qorunması üçün bu addımı atmalı idik”, - deyə komissiya sədri vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Nigeriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 13:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com