Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2019
13:36
407
Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı

Ötən gün İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsi Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırzadə ilə görüşüblər. 

Görüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin razılığı əsasında baş tutub. 

Faktxeber.com-a verilən məlumatda bildirilir ki, görüş 15 fevral saat 14:00-da Azərbaycan Ziyalıları Birliyinin sədri Eldəniz Quliyev, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə, həmçinin digər inanclı məhbus Cabbar Cabbarlı arasında baş tututb. Komitə üzvləri cəmiyyətdə inanclı məhbuslarla bağlı yaranmış narahatlıq haqda müzakirələr aparıb.

İnaclı məhbuslarla aparılmış danışıqlarda bir sıra müsbət nəticələr əldə olunub. Taleh Bağırzadə ictimayət nümayəndələrinin xaişlərini və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının görüş üçün xoşməramlı jestlərini nəzərə alaraq aclıq aksiyasını dayandırdığını elan edib. 

İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsi bildiri ki, inaclı məhbuslar bütün dostlarına onların taleyindən narahat olan vətəndaşlara öz salamlarını çatdırmağı xaiş ediblər. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Taleh Bağırzadə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 13:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com