Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2019
12:02
DYP reyd keçirib, sürücülərə xəbərdarlıq olunub

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın küçə və prospektlərində piyadalarla bağlı maarifləndirci tədbir keçirib.

DİN-in Mətbuat xidmətindən Faktxeber.com-a daxil olan məlumata görə, tədbirdə yol hərəkəti qaydalarını pozan piyadalar müəyən edilib, onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı əməl etməli olduqları qaydalar izah olunub.

Bakının “20 yanvar”, “İnşaatçılar” metrostansiyalarının ətrafında keçirilən tədbirlər nəticəsində 50-dən artıq piyadaya yol hərəkəti qaydalarını pozduğu üçün xəbərdarlıq edilib. Onlara piyada keçidindən istifadə etməyin vacibliyi izah olunub. Xəbərdarlığa məhəl qoymayan piyadalar barəsində isə inzibati protokol tərtib edilib.

Tədbir zamanı piyadaların daha çox “20 yanvar” dairəsindəki körpünün altında qayda pozmaları diqqət çəkib. Belə ki, Bakı-Sumqayıt və digər istiqamətlədə taksi fəaliyyəti ilə məşğul olan sürücülər sərnişinləri məhz körpünün altında avtomobildən düşürürlər. Nəticədə sərnişinlər yolu keçən zaman təhlükə ilə üzləşirlər. Yol polisinin əməkdaşları bu qayda pozuntusuna şərait yaradan sürücülərə də ciddi xəbərdarlıq edib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdirilməsi planlaşdırılır.

Məqalədə : DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47851

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45941

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47570

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47151

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52731

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46787

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47234
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 13:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru