Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2019
11:00
1218
Çeçen nazir Əli Həsənovun açıqlamasına münasibət bildirib

Çeçenistan Respublikasının rəsmi şəxsləri və KİV-i azərbaycanlılarla çeçenlərin Moskvada baş vermiş və böyük səs-küyə səbəb olmuş kütləvi davaya cəlb olunmaları məsələsinə reaksiya veriblər.

Rusiya paytaxtındakı “Neolit” restoranında baş vermiş hadisə – azərbaycanlılarla çeçenlər arasında atışma, daha sonra azərbaycanlı taksi sürücüsünün qətlə yetirilməsi rezonans doğurmuşdu.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəzilərinin hadisəyə sosial-etnik xarakter vermək cəhdinə etiraz etdi. 

Əli Həsənov bildirdi ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. 

Əli Həsənovun bəyanatına Çeçenistan hökuməti də cavab verib. 

Respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib: “Çeçenistan Respublikasının rəhbərliyi hadisə barədə məlumatlıdır, nümayəndələrimiz münaqişənin təfərrüatlarını araşdırır və onun səbəbkarlarını axtarılar” - C.Umarovun bəyanatında deyilir.

Məqalədə : Əli Həsənov çeçenlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
614

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1676
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 07:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru