Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2019
16:30
565
Əmanətlərlə bağlı qanun layihəsi Milli Məclisə çıxarılır

Fevralın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Faktxeber.com-un məlumatına görə,  komitə sədri Ziyad Səmədzadə bildirib ki, bu gün ölkədə bütün sahələrdə dinamik inkişafı nümayiş etdirən hadisələr müşahidə olunur, transmilli layihələr həyata keçirilir. Prezidentin uğurlu inkişaf strategiyası dövlətimizin iqtisadi yüksəlişinin daha da artması üçün geniş imkanlar yaradıb. Bu günlərdə mühüm tarixi qərarlar verilib, o cümlədən minimum əmək haqqının 38% artmasını təmin edən sənəd imzalanıb. Bütün bunlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib. 

Sonra Ziyad Səmədzadə qeyd edib ki, gündəliyə bir sıra qanunlarda dəyişikliklərlə bağlı 10 məsələ daxil edilib.

Diqqətə çatdırılıb ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklər (3-cü oxunuş) Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətlərin və dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Patent haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən, bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən olunub. Bununla bağlı qanunun yeni redaksiyada verilmiş 18.11-ci maddəsində deyilir ki, ixtira üçün 20 manat, faydalı model üçün 15 manat, sənaye nümunəsi üçün 15 manat, patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün 1 manat, digər fəaliyyət növləri üzrə müxtəlif məbləğdə dövlət rüsumunun dərəcələri təyin edilir.  

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunda edilən dəyişikliklər (3-cü oxunuş) “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2018-ci il 30 iyul tarixli 222 nömrəli fərmanına uyğun olaraq hazırlanıb və əmtəə nişanları və coğrafi göstəricilər sahəsində bir sıra xidmətlərə görə nəzərdə tutulmuş “haqq”ın “dövlət rüsumu” ilə əvəz olunmasını nəzərdə tutur. Qanun layihəsi, həmçinin, “haqq” ödənilən xidmətlərin dairəsini dəqiqləşdirir. Belə ki, qanuna görə, haqqın ödənilməsi tələb olunan xidmətlərin siyahısı və həmin xidmətlərə görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Yuxarıda adı çəkilən fərmana əsasən, eyni zamanda, “Patent haqqında” qanunda (3-cü oxunuş) ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patent verilməsi sahəsində bir sıra xidmətlərə görə nəzərdə tutulmuş “haqq”ın “dövlət rüsumu” ilə əvəz olunmasını nəzərdə tutan müvafiq  dəyişikliklər təklif olunur. 

Komitə sədri qeyd etdi ki, ölkədə Reklam Agentliyi yaradılıb və qarşısına ciddi vəzifələr qoyulub. Bugünkü reallıq tələb edir ki, “Reklam haqqında” qanuna dəyişikliklər olunsun. 

İclasda iştirak edən Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev “Reklam haqqında” qanuna dəyişikliklərin (2-ci oxunuş) mahiyyəti barədə məlumat verib. Bildirilib ki, yeni redaksiyada verilən 26.1-ci maddəyə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Qanuna əlavə edilən 26.1-1-ci maddədə isə deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Bu Məcəllədə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sənəddə, həmçinin, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısının Dövlət Reklam Agentliyindən aldığı icazənin maksimal müddətinin 1 ildən 3 ilədək artırılıması və eyni zamanda icazə müqaviləsinin ləğvi, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kv.m-dən 1 kv.m-dək azaldılması, bir sıra dəqiqləşdirmə xarakterli dəyişikliklər nəzərdə tutulur.

Sonra “Əmanətlərin tam sığortalanması haqqında” qanunda edilən dəyişikliyi Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Əfqan Baxışov təqdim edib. Bildirilib ki, qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər 3 il müddətinə tam sığortalanır. Həmin müddət 2019-cu ildə bitdiyinə görə, onun daha bir il uzadılması təklif olunur. Bu düzəliş bank sektorunun dəstəklənməsinə, əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək. 

İclasda daha sonra Mülki Prosessual Məcəllədə (1-ci oxunuş), İnzibati Xətalar Məcəlləsində (1-ci oxunuş), “Telekommunikasiya haqqında” (1-ci oxunuş), “İpoteka haqqında” (1-ci oxunuş),  “Sığorta fəaliyyəti haqqında” (1-ci oxunuş), “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Reklam haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərə baxılıb.

Deputatlar İlham Əliyev, Vahid Əhmədov,  Şəmsəddin Hacıyev, Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini söylədilər, dəyişikliklərin əhəmiyyətini qeyd ediblər, bir sıra təkliflər veriblər.

Müzakirələrin yekununda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə : Milli Məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
978

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2124

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2722

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
90

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
789

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4095

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
75

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1846

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2523

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3353

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2058

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1486

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2994
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 19:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru