Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2019
15:30
1201
Bakıda daha bir sürücü `qoçuluq` edib yol kəsdi - VİDEO

Bakı-Sumqayıt yolunda qoçuluq edən taksi sürücüsü yolu kəsərək digər sürücünü söyüb.

Bu barədə sürücü qeydə aldığı videonu redaksiyamıza göndərib.

Fevralın 14-də Bakı-Sumqayıt yolunun üzü şəhər istiqaməti olan hissəsində (Beynəlxalq Avtovağzalın yanında) sağ zolaqla hərəkət edən 99-AU-712 qeydiyyat nişanlı "Azsamand" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozaraq sol zolaqda hərəkət edən sürücünün qarşısına keçib. Sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalından istifadə edib. "Azsamand"-ın sürücüsü bundan əsəbiləşərək digər sürücünün qarşısını kəsərək yolda hərəkəti məhdudlaşdırıb. Sonra avtomobildən düşüb qərəzli hərəkətlər edərək səs siqnalından istifadə edən sürücünün şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. 

Videodan aydın şəkildə görünür ki, sürücünün əməlində konkret olaraq xuliqanlıq əlaməti var. 

O avtomobili saxlayaraq arxadan gələn bütün sürücülərin hərəkətini məhdudlaşdırıb və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq qərəzli hərəkətlər edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 13:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com