Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2019
15:24
392
İsveç İŞİD-çilərin ailə üzvlərinə pul ayıracaq

İsveçin paytaxtı Stokholm şəhərinin rəhbərliyi Suriyadan qayıdan terrorçuların ailə üzvlərinə dəstək üçün 4 milyon kron (731 min AZN) ayıracaq. FaktXəbər bildirir ki, bu barədə yerli "Svenska Dagbladet" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, Stokholm şəhərinin büdcəsindən ayrılacaq vəsait İŞİD terrorçularının ailə üzvlərinin komfort yaşayışını təmin etmək və uşaqlarının sosial durumunu yaxşılaşdırmaq məqsədi daşıyacaq.

Rəsmi rəqəmlərdə göstərilir ki, son illər Yaxın Şərqdə silahlı qarşıdurmalarda iştirak etmiş İsveç vətəndaşlarından 150 nəfər ölkəsinə geri qayıdıb. Hazırda Stokholmda təxminən 40 nəfər yaşayır.
 
Qeyd edək ki, İsveç qanunvericiliyi öz vətəndaşlarına İŞİD kimi terror təşkilatlarının üzvü olmağı qadağan etmir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İsveç 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 14:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com