Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2019
12:29
361
ABŞ humanitar yardım adı altında Venesuelaya girmək istəyir

ABŞ humanitar yardım pərdəsi altında Venesuelaya müdaxilə etmək üçün Karib hövzəsinə xüsusi təyinatlılarını yerləşdirib. FaktXəbər bildirir ki, bu iddia ilə Kubanın "Granmada" qəzeti çıxış edib.

Məlumata görə, Birləşmiş Ştatların hərbi təyyarələri ötən həftə Porto Riko və Dominikan Respublikası daxil olmaqla, regiondakı strateji yerlərə eniş edib.

Kuba hökuməti ABŞ-ın Venesuelanın daxili siyasətinə qarışmasını, ölkəyə göndərmək istədiyi humanitar yardımın daha böyük ziyanla nəticələnəcəyini açıqlayıb.

Qeyd edək ki, Donald Trampın təhlükəsizlik məsələri üzrə müşaviri Con Bolton 25 ölkənin Venesuelaya humanitar yardım göndərmək məqsədilə 100 milyon dollar topladığını bəyan edib. Yardımlar Kolumbiya və Braziliya sərhədindəki düşərgələrə göndəriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Venesuela 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 14:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com