Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
21:30
413
Putin: Suriyada qanuni hökumətin nəzarəti bərpa edilməlidir

Rusiya prezidenti Vladimir Putin Türkiyə və İran liderləri Tayyib Ərdoğan və Həsən Ruhani ilə görüşdən sonra ABŞ-ın Suriyadan ayrılmaq niyyətini pozitiv addım adlandırıb.

Faktxəbər-in məlumatına görə, Putin, "danışıqlar zamanı, həmçinin, ABŞ-ın qoşunlarını ölkənin (Suriyanın - red.) şimal-şərq bölgələrindən çıxarılması planının Suriyadakı vəziyyətə necə təsir göstərəcəyini də müzakirə etdik. Ümumi fikrimiz bu oldu ki, atılacaq addım müsbət olardı", - deyə bildirib.

Onun sözlərinə görə, bu, Suriyanın bu regionunda vəziyyətin sabitləşməsinə kömək edəcək: "Yekunda bu ərazidə qanuni hökumətin nəzarəti bərpa edilməlidir."

"Amerika qoşunlarının Suriyadan çıxarılması ilə bağlı bəyanat bunu göstərir ki, ABŞ prezidenti Donald Tramp seçkiqabağı verdiyi sözləri yerinə yetirmək üçün olduqca fəal işləyir. ABŞ siyasətində belə addım təcrübədə çox nadir hallarda baş verir. Bu vədlərdən biri də Amerika qoşunlarının Suriyadan çıxarılması idi, amma burada qeyd olunduğu kimi, daxili siyasi vəziyyət onun öz qarşısına qoyduğu məqsədlərə həmişə nail olmasına imkan verməyə bilər", - Putin deyib.

Eyni zamanda, o qeyd edib ki, indiyədək ərazidə böyük dəyişiklik yoxdur.

Daha əvvəl, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Jozef Votel bildirmişdi ki, ABŞ quru qüvvələrinin Suriyadan çıxarılması yaxın həftələrdə başlaya bilər.

19 dekabr 2018-ci il tarixində ABŞ bəyan etmişdi ki, qoşunlarının Suriya Ərəb Respublikası ərazisindən çıxarır.

Məqalədə : Putin Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
80

Azərbaycan nefti ucuzlaşıb

20

May
09:59
İQTİSADİYYAT
41

DİM bakalavrlara müraciət edib

20

May
09:55
ELM / TƏHSİL
41

Xarici valyutaların manata qarşı məzənnələri

20

May
09:42
İQTİSADİYYAT
1148

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1360
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 10:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru