Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
15:34
334
Nazir yararsız heyvanlarla bağlı məsələyə aydınlıq gətirdi

Yararsız heyvanlarla bağlı müraciətlərin əksəriyyəti 2-3 ay sonra edilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, yararsız heyvanların verilməsi ilə bağlı nazirliyə daxil olan müraciətlər əsasında heyvan dəyişdirilməsi faktı bir faizdən aşağı olub:

“Yararsız heyvanlarla bağlı müraciətlərin əksəriyyəti 2-3 ay sonra edilib. Vətəndaşlara heyvan təqdim ediləndə özü təsdiq edir. Onlara müvafiq baytar arayışları da təqdim olunur. Yalnız məlumat gedir ki, 5000 manat civarında heyvan alınır. Bu, yanlışdır. Bütün vergilər və digər ödənişlər daxil olmaqla, bir heyvanın qiyməti 1800 manatdan çox deyil, 1400 manat civarındadır. Heç bir podratçı şirkətə əlavə vəsait ödənilməyib. Hər hansı satılanılmamızda qiymət artımına yol verilməyib. Ötən ilin mövcud qiymətlərindən aşağı qiymətə heyvan alınır”.

Nazir bildirib ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyən şəxslər olub:

“Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb”.

Sahil Babayev qeyd edib ki, ümumilikdə dəyişdirilən heyvanların sayı 170-ə yaxın olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yararsız heyvanlar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 14:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com