Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2019
15:37
991
`Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir`

“Sosial medianın gətirdiyi fəsadlar da var. Təbii ki, bu, bizi narahat edir. Bəzi hallarda bu, insanların hüquqlarının pozulması ilə müşayiət olunur, onlar təhqirə məruz qalırlar. Orada istənilən insanı təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, burada müdafiə mexanizmi yoxdur”.

Bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi - sədr müavini Əli Əhmədov qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşündə deyib.

O bildirib ki, belə hallar digər ölkələrdə də baş verir: “Ayrı-ayrı ölkələrdə bunun qarşısının alınması yolları araşdırılır. Bəzi hallarda, hətta internetin məhdudlaşdırılması kimi addımlar atılır. Azərbaycanda bu məsələ ilə bağlı hüquqi baza mövcuddur, amma tətbiq mexanizmi yoxdur. Sosial şəbəkələr ictimai məkandır, şəxsi deyil. Evdə özünü necə aparırsansa, burada elə ola bilməzsən. Sənin hərəkətlərin başqalarının hüquqlarını pozmamalıdır. İnsanlara qarşı mənəvi terror hərəkətlərinin qarşısı alınmalıdır, bunun mexanizmi hazırlanmalıdır. Burada hüquqi, texniki baxımdan addımlar atılmalıdır. Mən internetin məhdudlaşdırılmasından tamamilə uzağam, amma bu məsələlər tənzimlənməlidir”.

Məqalədə : Sosial media 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
638

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1178
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 05:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru