Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2019
16:41
1618
İnsan ixtiraları arasında ən qorxuncu
Un məmulatları üçün maya

Hazırda un məmulatlarında istifadə olunan termofil mayalar bir sıra göbələk xəstəliklərinin mənbəyidir. Bunlar isə öz növbəsində müxtəlif xəstəliklərə, o cümlədən xərçəngə gətirib çıxarır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Rusiyada tibb elmləri namizədi, həkim naturopat Viktor Xruşov bəyan edib.

O bildirib ki, artıq öz pasientlərinin menyusundan müasir çörəklərin istifadəsini çıxarıb: "Məsələ burasındadır ki, əgər biz mayalı çörək yesək, maya qanımıza keçərək bölünməyə və vitaminləri, mikroelementləri, zülallarla qidalanmağa başlayır. Eyni zamanda onlar öz həyat fəaliyyətləri üçün lazım olan toksinləri ifraz edirlər, yəni maya bizim orqanizmimizdə parazitləşir. Bu səbəbdən müasir çörəyi mən insan ixtiraları arasında ən qorxuncu hesab edirəm"

Və əgər biz mayalı çörəyi indi yeməyi dayandırsaq, bizim qan plazmalarında ancaq 5 ildən sonra tam yoxa çıxacaq"

Onun sözlərinə görə, müasir mayalar (el dilində "droj"lar) bişmə zamanı yapışqanlı kapsula bürünür və bu kapsuldan ancaq bağırsaqda çıxaraq, oranın normal mikroflorasını pozur: "Bundan başqa onlar həmçinin qanın plazmasında yaşayır və rahat şəkildə bölünürlər".

Həkim bildirir ki, bu hal müxtəlif intoksikasiya növlərinə, göbələk xəstəliklərinə, immunitet pozuqluqlarına gətirir ki, bu da öz növbəsində xroniki xəstəliklər və şişlə nəticələnir.

"Və əgər biz mayalı çörəyi indi yeməyi dayandırsaq, bizim qan plazmalarında ancaq 5 ildən sonra tam yoxa çıxacaq", - deyə alim bildirib.

Elm adamının sözlərinə görə, XX əsrin 40-cı illərinə kimi tamam fərqli mayalardan istifadə olunurdu: "Onlara mayaotu deyirdilər. Bu mayalar  insan simbiotik mikroflorasına  antoqonist deyillər, yəni qalın bağırsaqda olan  faydalı bakteriyaları öldürmürlər. Lakin xəmirin qıcqırması üçün bir gün lazım olurdu, bu isə çörək bişirənlərə sərf etmirdi. İstehsal prosesini intensivləşdirmək üçün tamam fərqli mayalardan istifadə edilməsinə başlanıldı, hansı ki, rəsmi şəkildə "şərti patogen mikroorqanizmlər" hesab olunan termofil mayalardır. Xəmir belə mayada bir saata gəlir".

Xruşov hazırda çörək bişirmədə istifadə olunan termofil mayaların insanın simbiotik mikroflorasının antaqonistləri olduğunu vurğulayıb: "Bu o deməkdir ki, bu mayanın axıntıları yoğun bağırsaqda vitaminləri, əvəzolunmaz amin turşularını, faydalı  bioloji  fəal maddələr kimi və insan bədəninin normal funksiyası üçün  vacib olan digər bu kimi maddələri işləyib hazırlayan mikrobları məhv edir".

Qeyd edək ki, bağırsaqların normal mikroflorası insanın ümumi sağlamlığında böyük rol oynayır. Normal mikroflorada faydalı mikrobların (lakto, bifido bakteriyalar və s.) sayı çox, ziyanlı mikrobların sayı azdır. Bu faydalı mikroblar orqanizmdə gedən bir çox proseslərə təsir edir - immun sistemini möhkəmləndirir, xərçəng xəstəliklərindən və o cümlədən bağırsaq xərçəngindən qoruyur, həzm proseslərini tənzimləyir, qəbizliyin və ishalın qarşısını alır. Mikrofloranın pozulması (yəni faydalı mikrobların azalması, patoloji mikrobların çoxalması) bir çox pozulmalara və o cümlədən bağırsaq fəaliyyətinin ləngiməsinə, qəbizliyin inkişafına səbəb olur.

"Maya göbələklərinin 500-ə yaxın növü var. Onlardan 30-u insan orqanizmi üçün ən təhlükəli olanıdır. Son illərdə hamı demək olar ki, istisnasız göbələk xəstəliklərinə mübtəla olub, özü də bu, aptek dərmanları ilə müalicə olunmur. Müxtəlif qiymətləndirmələrə görə, 80 faiz böyüklərdə və 95 faiz uşaqlarda mikoz var", - deyə həkim sözlərini yekunlaşdırıb.

Məqalədə : çörək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
40

Dağıstanda 70 uşaq zəhərlənib

19

Aprel
15:33
DÜNYA
401

Azərbaycan bankı holdinqin tərkibindən çıxıb

19

Aprel
14:58
İQTİSADİYYAT
367
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 16:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru