Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2019
15:24
Baş infeksionist qızılca ilə bağlı son vəziyyəti açıqlayıb

“Azərbaycanda qızılca xəstəliyinə yoluxanların hamısı sağalıb”.

Bunu açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.

O deyib ki, ölkədə qızılcaya 55 yoluxma halı qeydə alınıb: “Bu xəstəliyə yuxarı yaş qrupuna aid insanlar yoluxub. Uşaqlar arasında qızılca müşahidə olunmur. Bunun da səbəbi odur ki, uşaqlar körpəlikdən hamısı peyvəndə cəlb olunub və onlar arasında bu xəstəliyə təkrar yoluxma müşahidə edilmir”.

C.İsayev qeyd edib ki, qızılcanın yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xaricdən 160 min doza peyvənd sifariş edib: “Peyvəndlər yaxın zamanlarda ölkəyə gətiriləcək və yəqin ki, fevral ayının axırı və ya mart ayında peyvəndləmə həyata keçiriləcək. Peyvəndlərin vurulması dövlət hesabına ödənişsiz olacaq”.

Qeyd edək ki, Gürcüstan paytaxtı Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir.(Report)

Məqalədə : Baş infeksionist 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

28

Yanvar
09:25
İQTİSADİYYAT
175

Ağciyər institunda reanimatoloq yoxdur

27

Yanvar
19:00
HÜQUQ,HADİSƏ
278

Bu universitetin müəllimlərinə töhmət verildi

27

Yanvar
18:45
HÜQUQ,HADİSƏ
403

Mərkəzi Banka daha bir baş direktor təyin edildi

27

Yanvar
18:30
İQTİSADİYYAT
386

İranda zəlzələ baş verib

27

Yanvar
18:06
DÜNYA
375

Yanvarın 28-nə manatın məzənnəsi

27

Yanvar
17:50
İQTİSADİYYAT
246

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
365
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 10:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru