Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2019
14:12
467
Bakıya gəlməmişdən öncə Prosineçki ilə danışdım - Yurçeviç

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç bu gün Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirib. Xorvatiyalı mütəxəssis AFFA ilə 1 illik müqavilə bağladığını deyib: "Ancaq müqavilədə belə bir bənd var ki, daha 2 il uzadıla bilər. Bu ilin sonunda yenidən danışıqlar olacaq". 

Yurçeviç qarşıdakı hədəfləri haqqında da məlumat verib: "İlk növbədə komandaya inanmalıyıq. Qrupumuzun əsas favoriti Xorvatiya millisi FİFA reytinqində 4-cü yeri tutur. Bizim mövqeyimiz isə yaxşı deyil. Çalışmalıyıq ki, seçmə mərhələdə yaxşı çıxış edək.  Bundan əvvəlki seçmə mərhələ oyunlarını izləmişdim və bəzilərini bəyənmişdim. Düzgün hazırlıq və konsentrasiya ilə hədəfimizə çata bilərik. Ölkədə olan yerli qapıçılar barədə məlumatım var. 2-3 həftə ərzində onları yenə izləyəcəm. Mənim üçün vacibdir ki, milliyə çağrılan futbolçular 90 dəqiqə ərzində oyunlara düzgün köklənsinlər". 

Azərbaycan çempionatının 16-cı turunda iki oyunu stadiondan izləyən xorvatiyalı mütəxəssis təəssüratlarını bildirib: "Sumqayıt" - "Qarabağ", "Neftçi" - "Keşlə" oyunlarına stadiondan baxdım. Bundan öncə "Qarabağ" - "Neftçi" matçını isə internetdən izləmişdim. Son oyun çox xoşuma gəldi. Yığma üzvləri "Qarabağ" və "Neftçi"də cəmləşib". 

Millimiz martın 21-də seçmə mərhələdə ilk görüşünü səfərdə Xorvatiyaya qarşı keçirəcək. Baş məşqçi nəzərində 20 futbolçunun olduğunu deyib: "Onları izləmişəm. Ancaq yeni oyunçular da axtarıram. Azərbaycan çempionatında çıxış edən milliyə namizədlər haqqında tam informasiyam var. Hələ ki ölkə xaricində oynayan futbolçular barədə məlumat yığmamışam. Ancaq tezliklə onları da araşdıracam". 

Yurçeviç millidəki köməkçiləri haqqında da məlumat verib: "Bir köməkçim Xorvatiyadan olacaq - Mario Tokiç. Onunla çox çalışmışıq. İnandığım məşqçidir. Digər iki köməkçim isə azərbaycanlı olacaq. Yerlilərlə bağlı federasiya ilə görüşümüz olacaq. Onların məsləhət bildiyi namizədləri araşdırıb son qərarımı verəcəm". 

Millimizin yeni baş məşqçisi Bakıya gəlməmişdən əvvəl Robert Prosineçki ilə danışdığını vurğulayıb: " Prosineçki ilə 30 ildən çoxdu tanışıq. Bir yerdə çalışımışıq. Həm onunla, həm də köməkçisi ilə Azərbaycan, Bakı barəsəində xeyli söhbətimiz oldu. Ölkəniz haqda ancaq pozitiv şeylər eşitdim. İndi də bunun canlı şahidi oldum". 

Yurçeviçin sözlərinə görə, AFFA onun qarşısında daha yaxşı çıxış etmək və AVRO-2020-ə çıxmaq vəzifəsi qoyub. 

Yığmamız Xorvatiya ilə oyuna qədər Bakıda hazırlıq keçəcək. Ancaq hələ ki təlim-məşq toplanışının tarixi məlum deyil. 

Yurçeviç millimiin sabiq baş məşqçisi Qurban Qurbanovla hələ görüşə bilmədiyini deyib: "Qurbanovun Serbiyaya vurduğu 2 qol yaxşı yadımdadır. Ancaq hələ görüşə bilməmişik. Qarşıdakı 2-3 həftə ərzində bütün baş məşqçilərlə görüşüb fikir mübadiləsi aparmağa çalışacam". 

Məqalədə : Yurçeviç 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
63

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
105

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
98

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
649

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
472

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
312

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
264

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
264

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
415
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 12:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru