- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 2,9 mlrd. manata bərabər olub.
Ticarət dövriyyəsinin 1,5 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4% və 3,1% artıb.
Bu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3%-i ərzaq məhsullarının, 5,9%-i içkilər və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 19%-i ticarət müəssisələri, 50,4%-i fərdi sahibkarlar tərəfindən, 30,6%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,4% artıb, fərdi sahibkarlar üzrə 0,5%, bazar və yarmarkalarda 5% azalıb.
Yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.
- 16-02-2019 12:32 Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
- 16-02-2019 11:48 Azərbaycan ən çox Ukraynadan quş əti alıb
- 15-02-2019 14:52 "Elektron Kənd Təsərrüfatı" Quba və Şəkidə başlayacaq
- 15-02-2019 11:20 Növbəti "Kənddən Şəhərə" yarmarkası təşkil ediləcək
- 15-02-2019 10:03 Banklar ötən il 7 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb
- 15-02-2019 09:21 Xarici valyutaların manata qarşı məzənnələri
- 14-02-2019 20:11 Əhali bir ildə ərzaqa nə qədər pul xərcləyib?
- 14-02-2019 14:27 Prezident AzTV-yə 3 milyon manat ayırıb
- 14-02-2019 12:02 Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib
- 14-02-2019 11:50 Azərbaycanda vergi ombudsmanı yaradılacaq
- 14-02-2019 11:13 Qida təhlükəsizliyi üzrə yeni Dövlət Proqramı hazırlanıb
- 14-02-2019 11:06 Fermerlərə 24 mln. manatdan çox subsidiya ödəniləcək
- 14-02-2019 10:22 Səba fermerlərə müraciət etdi
- 14-02-2019 09:37 Azərbaycan nefti bahalaşıb
- 14-02-2019 09:32 Xarici valyutaların manata qarşı məzənnələri
- 13-02-2019 22:00 Əhali bir ayda istehlak məhsullarına 2,9 milyard manat xərcləyib
- 13-02-2019 14:50 "Şahdəniz" yatağından qaz hasilatı 13% artıb
- 13-02-2019 11:54 Azərbaycanda neft istehsalı azalıb
- 13-02-2019 10:09 Azərbaycanda 130-a yaxın Niderland şirkəti qeydiyyatdan keçib
- 13-02-2019 09:25 Xarici valyutaların manata qarşı məzənnələri
- 12-02-2019 12:10 Ölkədə pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb
- 12-02-2019 11:19 "Brent" 62 dollar oldu
- 12-02-2019 09:58 Azərbaycan nefti ucuzlaşıb
- 11-02-2019 17:11 Fevralın 12-nə manatın məzənnəsi
- 11-02-2019 15:44 "Minimum əməkhaqqı davamlı olaraq artırılacaq"