Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

12 Fevral

2019
08:44
484
Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər

Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə araşdırmalar apararkən yeni nəticələr əldə edib.

FaktXəbər bildirir ki, bu barədə Trend-ə institutun direktoru Ulduz Həşimova deyib.

Onun sözlərinə görə, qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə uzunömürlülərlə yanaşı, onların qohumları üzərində də araşdırma aparılıb. Araşdırmanın aparılmasında məqsəd uzunömürlülərdə sinir sisteminin funksional vəziyyətini və beynin uyğunlaşma mexanizmlərini tədqiq etmək olub. Tədqiqat nəticəsində uzunömürlülərlə qohumluğu olmayan insanlarla müqayisədə uzunömürlülərin yaxın qohumlarında baş beynin bioelektrik aktivliyinin strukturunda, gicgah nayihələrində daha yüksək aktivlik aşkar edilib. Bu da uzunömürlülərin yaxın qohumlarında yaddaş, afferent informasiyanın (eşitmə, görmə) inteqrasiyası və emosional fonun harmonizasiyasını təmin edən proseslərin daha yüksək səviyyədə olmasını göstərir.

U.Həşimova qeyd edib ki, sadalanan dəlilllər uzunömürlülərin qohumlarının da gələcəkdə uzunömürlü olacağına zəmin yaradan əsas faktorlardan biridir.

Uzunömürlülərin gecə yuxusu ilə bağlı da araşdırma apardıqlarını deyən institut direktoru əlavə edib ki, uzunömürlülərin sürətli yuxu davamlılıgı çox olur.

Onun sözlərinə görə, uzunömürlünün gecə yuxusunun strukturunda REM fazanın dominantlığı irsi-genetik informasiyanın işlənmə mexanizmlərinin üstünlüyünü əks etdirir:

"Yetkin insanın sürətli yuxu fazası 20-25 faiz təşkil edir. Yavaş yuxudan fərqli olaraq, sürətli yuxu fazasında baş beynin fəaliyyəti artır. Sürətli yuxu rəngarəng yuxularla fərqlənir və bu yuxularda qəbul olunmuş informasiyanın işlənilməsi və onun yaddaşa salınması baş verir. Baş beyin salınmış genetik informasiyanı işləyir, onu daxil olan informasiya ilə muqayisə edir və oyanandan sonra ətraf mühitə adaptasiya proqramını formalaşdırır. Görünür ki, bu amil uzunömürlülük üçun vacibdir. Elə bu səbəbdən də uzunömürlülərin sürətli yuxu davamlılıgı çox, yəni 60-65 faiz təşkil edir".

Qeyd edək ki, 2018-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var.

U.Həşimova bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında Azərbaycanda ölkəmizdə ailəvi uzunömürlülük hallarına rast gəlindiyini açıqlamışdı.

Məqalədə : Uzunömürlü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Heydər Əliyev prospektində zəncirvari qəza - FOTO

23

Aprel
11:47
HÜQUQ,HADİSƏ
568

Bakıda 19 yaşlı qız itkin düşüb

23

Aprel
11:36
HÜQUQ,HADİSƏ
73
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 14:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru