Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2019
14:29
Mələkləri qətlə yetirən Səud rejimi qana doymur

Qloballaşan və müharibələrin ağuşuna aldığı dünyada həyat sürmək çətinləşməkdə davam edir. Daha bir sarsıdıcı və üzücü xəbər Səudiyyə Ərəbistanından 6 yaşlı uşaqla bağlı gəldi. Belə ki, Əhli-Beyt (ə) məktəbinin ardıcıllarının övladı olan mələk üzlü Zəkəriyyə Cabir adlı azyaşlının qətlə yetirilməsi xəbərini aldıq.

Bu xəbəri oxuduqda Səudiyyə Ərəbistanında mövcud durum gözümün qarşısına gəldi. Yəmən və Suriyada qətlə yetirilən minlərlə azyaşlı və günahsız insanları bir də xatırladım. Çünki hər iki ölkədə indiyə kimi davam edən silahlı münaqişə və döyüşlərin birbaşa səbəbkarlarının biri də Səudiyyə Ərəbistanıdır. Bir neçə ildir qadın, kişi, yaşlı və azyaşlı bilmədən insanların qətlə yetirilməsinə böyük dəstək verən və terrorçuları maliyyələşdirən, eyni zamanda öz aviasiyası ilə zərbə endirən Səudiyyə rejimi üçün Zəkəriyyə adlı mələk üzlü uşağın qətlini ört-basdır etmək o qədər də çətin olmadı.

Belə ki, altı yaşlı oğlu ilə Mədinəyə, Peyğəmbərin (s) mübarək məzarını ziyarət etmək üçün gedən ana taksiyə əyləşir. Qadın maşına əyləşəndə astadan "Bismillah", Peyğəmbərə (s) və Əhli-Beytə salavat deyir. Bunu eşidən sürücü qadından əsəbi halda, “sən şiəsən?”, - deyə soruşur. Qadın, "bəli" cavabını verir. Bir az getdikdən sonra maşını qəfil saxlayan sürücü qadına tərəf hücum çəkir və onu itələyib uşağı əlindən alır. Əlindəki şüşə parçası ilə uşağın boğazını kəsir.

Zəkəriyyə Cabir adlı 6 yaşlı uşaq anasının gözü önündə təkfirçi vəhhabi tərəfindən boğazı kəsilərək qətlə yetirilir. Zəkəriyyənin əmisinin bildirdiyinə görə, ana xəstəxanaya yerləşdirilib. O, hadisənin dəhşətindən hələ özünə gəlməyib. Uşağın ailəsi cinayətkarın eyni formada edamını tələb edir, Səudiyyə polisi isə həmin vəhhabinin əqli xəstə olduğunu açıqlayıb.

Heç kim Səudiyyə rəhbərliyindən ədalət gözləmir. Çünki bu rejim vəhhabiliyin hamisi olmaqla, özünün nə qədər mənfur niyyətdə olmasını nümayiş etdirir. Eyni zamanda bu rejimin əsas dəstəkçisi isə dünyaya demokratiya dərsi keçmək istəyən ABŞ-dır. Məhz ABŞ-ın verdiyi dəstəyin nəticəsidir ki, Türkiyədəki Səudiyyə konsulluğunda şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə tikə-tikə doğranan Camal Qaşıqçı adı jurnalistə görə Səudiyyə Ərəbistanı və onun rəhbərliyi ittiham olunmadı, olunmur da. O cümlədən Səudiyyə kralı həmçinin öz müxaliflərinə qarşı da qəddar üsullar seçir. Kral Salmana boyun əyməyən müxaliflər müxtəlif adlarla şərlənir, sonra isə edam olunur. Səudiyyə rejimi həm öz ölkəsi, həm də digər ölkələrdə mələk üzlü azyaşlıları qətlə yetirməkdən çəkinmir.

Orxan Hüseyn

Məqalədə : Səudiyyə Ərəbistanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7120

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5984

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7498

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7472

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10617

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7202
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 10:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru