Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2019
12:24
1198
Böyük Vətən müharibəsində itkin düşən azərbaycanlıların qalıqları tapılıb

Rusiyanın Smolenk əyalətinin azadlığı uğrunda həlak olmuş azərbaycanlıların ailələri axtarılır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumatda azərbaycanlılardan əlavə, Başqırdıstan, Saratov, Tul, Voronej, Gürcüstan, Qazaxıstan, Ukrayna və Özbəkistandan olan hərbçilərin də adları verilib və bildirilir ki, həlak olan şəxslərin ailələri bu günə qədər onlardan məlumatsızdır.

Qeyd edək ki, 2017-ci ilin sentyabrın 21-də Rusiyanın Smolensk əyalətinin Demidova rayonunda keçmiş Qızıl Ordu  döyüşçülərinin və komandirlərinin qalıqlarının dəfn mərasimi keçirilib.  Onların qalıqlarını 2016-2017-ci ildə ərazidə «Patriot», «Çeka», «Sapşo» bölmələrinin də tərkibində olduğu Sovet İtttifaqı Qhərəmanı P.D.Xrenov adına  axtarış qrupu aşkarlamışdı. 

32 döyüşçüdən 26-nın adını arxiv sənədlərini araşdırmaqla bərpa etmək mümkün olub. Onlar müdafiəsi uğrunda həlak olduqları Smolenskdə «Xatirə məkanı»nda («Pole Pamyati») dəfn edilib.

Hazırda həlak olan döyüşçülərin ailələrinin axtarışına başlanılıb və bildirilir ki, qohumları istənilən vaxt onları ziyarət etməyə gedə bilərlər.

Mərhumların qohumlarından xahiş olunur ki, bununla bağlı iş üzrə koordinator olan Aleksandr Semenovla əlaqə saxlasınlar.

Telefon: +7 (904) 361 14 71

email: [email protected] 

Həlak olan azərbaycanlılar

Hüseynov Əliqulu

Doğum tarixi: 1911

Doğum yeri: Azərbaycan SSR, Puşkin r. (indiki Biləsuvar rayonu), Novotor kənd soveti.

Hərbi rütbəsi və xidmət yeri: Kiçik çavuş, bölmə komandiri, pulemyotçu, 101-ci xüsusi tüfəng briqadası.

Çağırış tarixi və yeri: 1941, Puşkin Rayon Hərbi Komissarlığı, Azərbaycan SSR, Puşkin rayonu 

Çağırış zamanı qohumların adı, soyadı, atasının adı və ünvanı: Azərbaycan SSR, Puşkin rayonu, Novotor kənd soveti, Narimatık kəndi. Anası Hüseynova Xubunaz.

Həlak olma tarixi: 09.1943

Mirzəyev  İbiş Rzayeviç

Doğum tarixi: 1907

Doğum yeri: Azərbaycan SSR, Laçın rayonu, Qarıqışlaq kənd soveti

Hərbi adı və xidmət yeri: onbaşı, atıcı, 101-ci xüsusi tüfəng briqadası

Çağırış tarixi və yeri: 1941, Laçın Rayon Hərbi Komissarlığı, Azərbaycan SSR, Laçın rayonu.

Çağırış zamanı qohumların adı, soyadı, atasının adı və ünvanı: Azərbaycan  SSR, Laçın rayonu, Qarıqışlaq kənd soveti, arvadı Mirzəyeva Anuş

Həlak olub: 09.1943

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : itkin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 01:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com