Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2019
11:40
407
Bu il Azərbaycanda `İnnovasiya Evi` inşa olunacaq

“Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb. Artıq agentliyin Əsasnaməsinin layihəsi hazırlanıb və baxılma mərhələsindədir”.

Bunu Azərbaycan Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına həsr edilən “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfransda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, yeni Agentlik Azərbaycanda innovasiya fəaliyyətinin inkişafına daha da təkan verəcək: "Nazirliyin layihələri çərçivəsində "İnnovasiya Evi"nin qurulması nəzərdə tutulub. Bu il evin inşasına başlanılacaq. Güman edirik ki, bu mərkəz gənclərimiz, ümumuyyətlə innovativ ideyaları olan hər bir şəxs üçün faydalı olacaq. Bu mərkəzdə də əqli mülkiyyətin, yaxud biliklərin transferi mərkəzi də fəaliyyət göstərəcək. Yəni, ideyaların kommersiyalaşması istiqamətində gənclərə dövlət tərəfindən dəstək göstəriləcək".

Nazir müavini əlavə edib ki, təmsil etdiyi qurum "Hökumət buludu"nun üzərində də çalışır: "Hökumət buludu", "Data mərkəzi"nin yaradılması, ümumiyyətlə internetin inkişaf etdirilməsi, yeni ixtisasların, yeni fəaliyyət sahələrinin yaradılması üzərində də iş gedir. Hesab edirəm ki, aidiyyatı qurumlarla birgə fəaliyyət nəticəsində biz bu işləri yerinə yetirə biləcəyik. Bir rəqəmi qeyd etmək istəyirəm. Davos forumunun hesabatlarına görə, hazırda təhsil alan uşaqların təxminən 65%-i bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Bunun özü göstərir ki, biz öz fəaliyyətimizdə hansı addımları atmalıyıq".

Məqalədə : İnnovasiya Evi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
36

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
92

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
132

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
123

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
664

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
490

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
327

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
278

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
280

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
431
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 14:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru