Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2019
10:25
FHN-dən və məhkəmədən şikayət: Həmin gün ailəmi, özümü ölmüş biləcəm

Ucar rayonu Gəraybəyli kənd sakini Nuriyev Teymur üzləşdiyi problemlə əlaqədar ölkə baçısı İlham Əliyevə müraciət edib. O bildirir ki, qanunsuz olaraq işdən çıxarılıb və iki azyaşlı uşağı ilə aclığa məhkum edilib.

Teymur Nuriyev media vasitəsi ilə dövlət başçısına ünvanladığı məktubda bildirir:

"Mən, Nuriyev Teymur Əli oğlu 20.05.2011-ci il tarixdə Ucar Dövlət Yanğından Mühafizə Hissəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul olunmuşam. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən təsdiqlənmiş 29 yanvar 2018-ci il tarixli əmri ilə qanunsuz olaraq işdən azad olunmuşam. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən təsdiqlənmiş 29 yanvar 2018-ci il tarixli əmri mənə təqdim etməsələr də, şifahi məlumat verdilər ki, dəfələrlə barəndə tənbeh tədbirləri tətbiq edilməsinə baxmayaraq, heç bir nəticə çıxarmamışam. Əmək funksiyamı və ya əmək müqaviləsi üzrə öhdəliklərimi yerinə yetirmədiyimə qanuni əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə istinad edilmişdir. Guya mən işə spirtli içki qəbul edib gəlmişəm, sərxoş olmuşam. Ancaq məhkəmə tərəfindən sorğu edilib, alınmış sənəddə tam sübut olundu ki, qeyd edilən 06 noyabr 2017-ci il tarixdə iş zamanı spirtli içki qəbul etməmişəm, sərxoş olmamışam.

Mən əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. 

İddia ərizəm üzrə məhkəmə tərəfindən sorğu edilib. Alınmış sənəddə, “Ucar rayon Mərkəzi Xəstəxanasının 30.11.2018-ci il tarixli 1595 nömrəli məktubunda göstərilib ki, Nuriyev Teymur Əli oğlu 06.11.2017-ci il tarixdə saat 09.45-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün müraciət edib. Müayinə alkotestrlə aparılmış və onda sərxoşluq vəziyyəti aşkar olmamışdır”, - deyə qeyd edilib

Bu konkret və mötəbər sübutdur ki, mənim işdən çıxarılmağıma dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 29.01.2018-ci il tarixli əmri qanunsuzdur.

Bütün bu konkret və mötəbər sübutlara baxmayaraq, Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəliyev iddia ərizəmin təmin edilməməsinə dair 07 dekabr 2018-ci il tarixli 2-1(84)-1286/2018 saylı qərar çıxardı.

Həmin qərardan verdiyim apelyasiya şikayətimə 13 fevral 2019-cu il tarixdə Şəki Apelyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov baxacaq. Çox narahatam ki, Şəki Apelyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəliyev kimi qanunu qərar çıxarmaqdan çəkinər. Çünki hakim Kənan Vəliyev mənə açıq-aşkar dedi ki, sən düzsən sübutların da iddia ərizənin təmin edilməsinə əsasdır, ancaq mən Fövqəladə Hallar Nazirliyinə qarşı qərar çıxara bilmərəm, işimdən qorxuram.

Bu qərar mənim ailəmin acından ölməsi üçün verilib. Çünki mən haqlı olaraq ədalətin bərpasına nail ola bilmirəmsə, bu mənim və ailəmin acından ölməsinə gətirib çıxaracaq. İşlədiyim kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışam. İşlədiyim iş mənim yeganə qazanc mənbəyimdir. Əmək haqqım olduğu üçün bankdan kredit götürüb adıma olan, hazırda yaşadığımız mənzili girov qoymuşdum. Mən işə sərxoş vəziyyətdə gəlməmişəm, Fövqəladə Hallar Nazirliyinin işdən çıxarılmağıma dair əmr qanunsuz və əsassızdır. Bir ildən çoxdur ki, işdən çıxarıldığım üçün borc edib yaşayırıq.

Ümidim Şəki Apelyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixdə çıxaracağı qəraradır. Əgər Şəki Apelyasiya Məhkəməsi qanunları ali tutarsa, iddia ərizəm təmin ediləcək və işə bərpa olunacağam. Yox, əgər Şəki Apelyasiya Məhkəməsi də birinci məhkəmə kimi qanunsuz qərar çıxaracaqsa, mən həmin günü ailəmi özümü ölmüş biləcəm. Bu isə faciələrə gətirib çıxaracaq. Çünki mənim uşaqlarım aclıqdan öləcəksə, mənə yaşamaq lazım deyil.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, mənim azyaşlı övladlarımın aclıqdan məhv olmasının qarşısını alın, Apelyasiya Məhkəməsində ədalətin bərpa edilib, qanunsuz olaraq çıxarıldığım işimə bərpa edilməyimə köməklik göstərin."

Məqalədə : Ucar şikayət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
151

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
166

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
266

"Azərişıq" 5 min manat cərimə edildi

19

Fevral
16:55
ÖLKƏ
217

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
243

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
286

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
304

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
323
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 20:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru