Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2019
10:48
BMT 37 ölkədə itkin düşmüşləri axtaracaq

Fevralın 11-dən 15-dək Bosniya və Herseqovinada keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) işçi qrupunun 117-ci sessiyasında zorakılıq nəticəsində itkin düşmüş insanlarla bağlı şikayətlərə baxılacaq. Qrupun üzvləri dünyanın 37 ölkəsində itkin düşmüş 760 nəfərin taleyini müzakirə edəcəklər.

BMT-nin rəsmi saytı xəbər verir ki, təşkilatın zorakılıq yolu ilə, yaxud könüllü olmayan əsasda yoxa çıxmış insanların axtarışı ilə məşğul ola bu işçi qrupu 1980-ci ildə yaradılıb. Onun tərkibinə beş müstəqil ekspert daxildir. İşçi qrupunda itkin düşmüş şəxslərin yaxınları və hüquq müdafiəçilərindən daxil olmuş müraciətlərə baxılır. Bu ərizələrin müəyyən meyarlara uyğun olduğuna dair rəy verildikdən sonra işçi qrup həmin sənədləri itkin düşmüşlərin vətəndaşı olduqları dövlətlərin müvafiq orqanlarına təqdim edir və təhqiqat aparılması barədə sorğu göndərir.

BMT-nin işçi qrupunun məlumatında bildirilir ki, dünyada hər il on minlərlə adam itkin düşür. İşçi qrupunun sessiyasında itkin düşmüş şəxslərin yaxınları, dövlət nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri hər bir dosye ilə əlaqədar zəruri informasiyaları toplayacaqlar.

Sarayevoda keçiriləcək görüşdə işçi qrupun üzvləri şəxslərin zorakılıq nəticəsində itkin düşməsi üzrə Bəyannamənin həyata keçirilməsinə olan maneələr haqqında məlumatları da müzakirə edəcəklər. Onlar Bosniya və Herseqovinada hökumət nümayəndələri ilə görüşəcək, hərbi cinayətlərin qurbanlarının xatirəsini anacaqlar.

Dünyanın bütün ölkələrində insanların itkin düşməsi halları mövcuddur. Onların bir çoxu silahlı münaqişələr nəticəsində baş verir.

Məqalədə : BMT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43910

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42195

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48833

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43236

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43661
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-10-2020 11:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru