Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

08 Fevral

2019
14:47
1005
Əli Həsənovun köməkçisindən qəza xərcləri ilə bağlı açıqlama

Ötən gün Meydan TV-də “Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa...” başlıqlı video müraciət yayımlanıb.

Videoçarxda ötən ilin avqust ayında Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi yol qəzasında yaralanan şəxslərdən biri, Türkiyə vətəndaşı Mütellib Tekişin qardaşı İdris Tekiş çıxış edib. O bildirib ki, qəzadan sonra Ə.Həsənov və onun oğlu Elman Allahverdiyev bütün müalicə xərclərini öz üzərinə götürüb.

Lakin iddiaya görə, bir müddət sonra bu yardım dayanıb və yaralanan Türkiyə vətəndaşlarına da bildirilib ki, artıq yardım edilməyəcək, istəsələr məhkəməyə verə bilərlər. 

İ. Tekiş qeyd edib ki, əgər yardım davam etməsə qəzada yaralanan ailə üzvləri ayağa qalxa bilməyəcək.

Sözügedən müraciətlə bağlı bu gün Baş nazirin müavini Əli Həsənovun köməkçisi Ramin Talıblı açıqlama yayıb. R. Talıblının “Qafqazinfo”ya göndərdiyi cavab məktubunda bildirilir ki, Meydan TV-yə müraciət edən İdris Tekişinin təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir: “Onun təqdim etdiyi  fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir. Mütellib Tekiş müalicələrini tamamlayıb və 4 ay bundan əvvəl Bakıya gələrək öz biznesi ilə məşğuldur. Mütellib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş, Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilib və o, reabilitasiya dönəmini başa vurub. Həmin xəstəxananın baş həkiminin xahişinə uyğun olaraq, Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə - müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır.

Əlavə olaraq bildiririk ki, videoda “emosional” çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Tekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoladaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi alıb. Burada sual yaranır. Nə üçün danışmaq iqtidarında olan, Azərbaycana tez-tez səfər edən Mütəllib Tekiş yox, onun qardaşı videogörüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir?

Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV  ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər”.

Xatırladaq, Ə. Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017- ci ilin avqustun 3-də törətdiyi yol qəzasında iki nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşları Mütellib Tekiş və onun həyat yoldaşı Songül Tekişdir.

Məqalədə : Əli Həsənov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
167

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
54
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 22:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru