Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2019
11:18
1638
Bin Salman qətldən 1 il əvvəl Kaşıkçını güllələyəcəyini deyib

Səudiyyə Ərəbistanının  vəliəhd şahzadəsi  Məhəmməd bin Salman Əl-Səud köməkçisi  şahzadə  Turki əd-Daxillə söhbətində bildirib ki, jurnalist Kaşıkçı vətənə qaytarılmayacağı təqdirdə, «güllə ilə»  onun ovuna gedəcək. FaxtXeber.com-un verdiyi məlumata görə, bu barədə The New York Times ABŞ kəşfiyyatına  istinadla  bəyan edib.

Bildirilir ki, söhbət 2017-ci ildə olub.

Verbal hədəyə baxmayaraq ABŞ kəşfiyyatı hesab edir ki, fraza hərfi məna daşımayıb. Kəşfiyyatçıların düşüncəsinə görə, bu sözlər Səudiyyə Ərəbistanına qayıtmayacağı təqdirdə Kaşıkçıya qarşı güc tətbiq etmək mənasına gəlib.

Qeyd edək ki, BMT Kaşıkçının bilərəkdən öldürüldüyünü bəyan edib.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Sonradan onun diplomatik missiyanın binasında qətlə yetirildiyi məlum oldu.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də  Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı jurnalist Camal Kaşıkçının İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. 

Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin son sözlərini yayıb. Onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir.

"Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.

Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. 

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.

Türkiyə Baş Prokurorluğu Kaşıkçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının iki yüksəkçinli dövlət rəsmisi barəsində həbs qərarı çıxıb. Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu Səudiyyənin Kəşfiyyat İdarəsinin rəhbər müavini Əhməd Əsiri və şahzadə bin Salmanın keçmiş müşaviri Səud əl-Kəhtani barəsində həbs qərarı verib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr isə Ankaranın ekstradisiya barədə sorğusuna baxmayaraq müxalif jurnalist Camal Kaşıkçını (Xaşuqi) qətlə yetirməkdə şübhəli bilinənələri verməyəcəklərini bildirib.

Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
746

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
816

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1557

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
227

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1809

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
854

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
305

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
249

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
311

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
253
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 08:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru