Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2019
14:53
196
`Nargilə dairəsi`ndə tıxacın aradan qaldırılması üçün ÇARƏ tapıldı - FOTO

Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb. Hazırda qeyd edilən ərazidə alternativlərin və əlaqələndirmə imkanlarının az olması “Nargilə dairəsi” adlanan ərazinin, o cümlədən Ramiz Quliyev küçəsinin yüklənməsinə səbəb olur.

Bakı Nəqliyyat Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, yeni layihə çərçivəsində ilkin mərhələdə şəhər mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin "Nargilə dairəsi"nə daxil olmadan birbaşa Həzi Aslanov qəsəbəsinə və Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən yaşayış massivlərinə çıxışı təmin ediləcək.

Nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ yolların təklif edilməsi məqsədilə Agentlik tərəfindən Zığ şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi hissələrdə də sola və ya geriyə dönmə yerləri təşkili və Ramiz Quliyev küçəsin alternativ yerni yolun salınması da nəzərdə tutulub. Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə nizamlanacaq.

Layihənin icrası “Nargilə dairəsi" adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq.

Bundan əlavə, kəsişmələrin svetoforla nizamlanması piyada keçidlərinin təşkilinə də şərait yaradacaq.

Məqalədə : tıxac 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1059

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
48

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
125

Azərbaycan nefti ucuzlaşıb

20

May
09:59
İQTİSADİYYAT
58

DİM bakalavrlara müraciət edib

20

May
09:55
ELM / TƏHSİL
56
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 12:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru