Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

07 Fevral

2019
12:42
786
`Səudiyyə Ərəbistanı Yəməndə dünyanın ən böyük humanitar fəlakətini yaşadır`

ABŞ Konqresinə daxil olan ilk hicablı xanım İlhan Omar Vaşinqtonun Səudiyyə Ərəbistanı mövzusunda səssizliyini təndiq edib. FaktXeber.com-un verdiyi məlumata görə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə seçilən müsəlman xanım bu barədə komitədə ABŞ-ın Yəməndəki münaqişəyə Səudiyyə Ərəbistanına verdiyi dəstəyin kəsilməsi üçün qanun layihəsinin müzakirəsi zamanı deiyb. O, ABŞ-ı Ər-Riyada qarşı digər ölkələrdəki kimi insan haqları standartlarının tətbiq etməməkdə qınayıb.

İlhan Omar Səudiyyə başda olmaqla koalisiya qüvvələrinin Yəmənə müdaxiləsinin dünyada ən böyük humanitar böhrana yol açdığını vurğulayıb: "Son 3 il yarımda bu ölkədə 17 mindən artıq insan həlak olub, 40 min nəfər yaralanıb, 3 milyon insan evindən-eşiyindən olub, 22 milyon insan isə yardıma möhtac qalıb. Milyonlarla insan aclığın astanasındadır. Səudiyyə başda olmaqla müdaxilələr səbəbində vəba geniş yayılıb. Bu, tarixdə ən pis vəba epidemiyalarından biridir".

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : İlhan Omar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
645

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
79

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
97

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
88

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
189

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
82
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 06:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru