Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2019
12:41
`Bakı Telefon Rabitəsi`nin əmlakını oğurlayan şəxslər həbs edilib

Son zamanlar “Bakı Telefon Rabitəsi” MMC-nin (BTR) strukturuna daxil olan 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazilərində MMC-nin balansındakı kabel-kanal quyularına (KKQ) müdaxilə və oğurluq halları qeydə alınır.

Bu barədə FaktXəbər-ə Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, satış və mənfəət əldə etmək məqsədi ilə BTR-in balansına daxil olan TPP tipli mis kabel və dəmir dirəklərlə yanaşı, kabel-kanal quyularının metal örtükləri də oğurlanır:

Nəticədə abunəçilərə rabitə xidmətlərinin verilməsində fasilələr və kəsintilər baş verir, müəssisəyə isə maddi ziyan dəyir. Ümumilikdə törədilən oğurluq hadisələri zamanı BTR-ə 40 484,54 AZN maddi ziyan dəyib.

Qurumun xidməti ərazilərində yerləşən KKQ-na gün ərzində əraziyə təhkim olunmuş texniki heyət nəzarət etdiyindən oğurluq halları, əsasən, qeyri-iş saatlarında qeydə alınır. Bu cür hallarla bağlı Daxili İşlər Nazirliyinə müvafiq müraciətlər edilib.

Ötən ildən etibarən Sabunçu Rayon Polis İdarəsi və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis şöbəsi tərəfindən qeydə alınan 80 cinayət hadisəsi üzrə 76 ədədi oğurluq, 4 ədədi oğurluğa cəhd kimi qiymətləndirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmiş şəxslər müvafiq qaydada cinayət məsuliyyətinə cəlb ediliblər.

Qeyd edək ki, bu günlərdə paytaxtın Suraxanı rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində daha bir kabel oğurluğu faktı aşkar edilib. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində yerləşən kabel-kanal quyusundan 220 metr kabel oğurlayan şəxslər saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov həbs olunublar.

Məqalədə : Bakı Telefon Rabitəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5321

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4348

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5934

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5979

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7705

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5706
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-07-2020 15:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru